Məişət xidməti müəssisələrində aşağıdakı təmir işlərini görürlər: 1. Köhnəlmiş məmulatın təmiri; 2. Məmulatın ütülənməsi; 3. Məmulatın bəzi hissələrinin yenidən biçilməklə təzələnməsi; 4. Məmulatın yenidən tam biçilməsi ilə təzələnməsi; 5. Məmulatın çevrilməsi. Təmir üçün tam köhnəlmiş məmulatlar gətirilir. Bu məmulatların köhnəlməsi cürbəcür səbəblərdən asılıdır. Bu səbəblərə aşağıdakıları misal göstərmək olar: materialın fiziki- mexaniki xassəsindən, əmək fəaliyyətinin xüsusiyyətindən və sifarişçinin fərdi keyfiyyətindən. Məmulatın ayrı-ayrı hissələrinin köhnəlmə dərəcəsi müxtəlifdir. İstifadə zamanı ən çox sürtünən hissələr daha çox köhnəlməyə məruz qalır. Belə ki, üst geyimlərdən çox zədələnən hissələr aşağıdakılardır: qolların aşağısı, bortun kənarı, ilgəklər, cibin köbələri, üst yaxalıq, məmulatın aşağısı, qolun dirsək hissəsi, düymə tikilən yer və s.
Şalvarlarda: aşağı hissə, oturacaq yeri, diz sahəsi, ciblərin ağız hissəsi, bağlamalar.
Astarda: qolun astarı, cibin astarı, astarın aşağısı, şalvarın astarının diz sahəsi, cib kisəsi.
Geyimdə təmirin növləri. Geyimlərin təmirinin növləri əmək həcminə görə 3 qrupa bölünür:
1) kiçik təmir; 2) orta təmir; 3) böyük təmir.
- Geyimlərin kiçik təmirinə aşağıdakılar aiddir: düymələrin tikilməsi, ilgəklərin açılması, asqının
hazırlanıb yerinə tikilməsi, ilgəyin hörmələnməsi, ciblərin kənarlarının bərkidilməsi, astarın
sökülmüş sahələrinin tikilməsi, məmulatın ütülənməsi.
- Orta təmir geyimin ayrı-ayrı hissələrinin təmiri və məmulatın bədən ölçüsünün nəzərə çarpmayacaq
dərəcədə dəyişdirilməsi ilə xarakterizə olunur. Bu təmirə aşağıdakılar aiddir: yaxalığın təmiri və
fasonunun dəyişdirilməsi, məmulatın aşağısının təmiri, məmulatın uzunluğunun dəyişdirilməsi,
qolların təmiri, bortun təmiri və formasının dəyişdirilməsi, laskanın təmiri, ciblərin təmiri.
- Geyimlərin böyük təmiri geyimin ölçüsünün, fasonunun, siluetinin dəyişdirilməsi, dağılmış, cırılmış əsas hissələrin yenidən düzəldilməsi ilə xarakterizə olunur.
Bu təmir qrupuna aşağıdakılar aiddir: məmulatın formasının, eninin dəyişdirilməsi, qolun bütün və ya qismən sökülüb çıxarılması, yaxalığın dəyişdirilməsi, məmulatda qolun vəziyyətinin dəyişdirilməsi, iki bortlu geyimin bir bortlu düzəldilməsi və s.
|
4.3.2. Tələbələr üçün fəaliyyətlər
- Problem - “Geyimdə təmir üsulları” müəllim tərəfindən elan edilir. Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: Bilirəm/Bilmək
istəyirəm/Öyrəndim. Tələbələr problemlə bağlı bildiklərini söyləsin və cavablar I sütunda qeyd olunsun. Həmin məsələ ilə bağlı bilmək istədiklərinizi isə II sütuna yazın. III-də isə mövzu ilə bağlı öyrəndiklərinizi qeyd edin.
- Qruplara bölünərək mətni əhatə edən suallar hazırlayın və cavablandırmaq üçün qarşı qrupa verin.
- 3 qrupa bölünün. Hər qrupa kiçik,orta və böyük təmir haqqında təqdimat hazırlamaq tapşırılır. Tapşırqlar hazır olduqdan sonra lövhəyə asın. Müzakirə və təhlillər aparın.
- Müəllim tərəfindən lövhədə yazılmış “təmir” anlayışına aid sözlər və fikirlər söyləyin. Hər növbəti söz əvvəlki sözlə əlaqəli olmalıdır.
- Roll oyunu təşkil edin“Dərzi müştərinin geyimini hansı təmir üsulu ilə işləyəcəyini araşdırır”.
|
|
4.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Geyimdə təmir üsullarını müəyyən edir”
- Geyimlər istismar olunan zaman hansı təsirlərə məruz qalırlar?
- Geyimdə təmirin hansı növləri vardır?
- Geyimlərin təmirində əsas məqsəd nədir?
- Geyilmə zamanı ən çox hansı hissələr köhnəlməyə məruz qalırlar?
|