Şəkil 2.6 Hörmələyici maşın - Aurora A-737
3 saplı overlok pambıq, yun, sintetik materiallardan olan məmulatların kənarını kəsmək və hörmələmək üçün nəzərdə tutulmuşdur:
- Hörmələmənin eni: 4mm
- Hörmələmənin uzunluğu: 3,6 mm
- Sıxma dabanın qalxma hündürlüyü: 6 mm
- Avtomatik yağlama
- Tikişin maksimal surəti: 600 ilmə/dəq
- İynə - B-27 (DCx27)
|
2.2.2. Tələbələr üçün fəaliyyətlər
- Fərdi tikiş evlərində araşdırmalar aparmaqla təqdimat hazırlayın. Mövzu: Bel geyimlərini
hazırlamaq üçün hansı avadanlıqlardan istifadə etməklə əmək məhsuldarlığını və keyfiyyəti yüksəltmək olar?
- Qruplara bölünün. Hər qrupun üzvləri tanıdıqları universal və xüsusi maşınlar haqqında qarşı qrupa danışsın.
|