2.6.1. Kəmərsiz bel geyimlərini köbələrlə hazırlayır
• Bel kəsiyinin köbə ilə işlənməsi
Elə ətəklər var ki, onlar kəmərsiz hazırlanır. Belə model ətəklərin bel kəsiyi
köbə ilə hazırlanır. Ətəyin ön və arxa hissələrinin bel kəsiyinə uyğun köbələr
biçilir. Köbənin eni 6-8 sm olmalıdır. Köbəni biçərkən qarsaqlar nəzərə alınmır.
Çünki, köbə ətəyin bel kəsiyinə tikildikdə qıraqlar hazırlanmış vəziyyətdə
olacaq. Biçilmiş köbə araqatı ilə işlənir. Açıq kəsiklər hörmələnir. Köbə də
kəmərli ətəklərdə olduğu kimi, qarsaqlar, zəncirbənd-bağlamalar hazırlandıqdan sonra məmulatın bel
kəsiyinə birləşdirilir. Zəncirbənd tikildikdən sonra köbənin yan kəsiyi ilə ətəyin zəncirbənd tikilən kəsiyi
düz üzləri üz-üzə qoyulmaqla tikilir. Sonra köbə zəncirbəndin tikiş xəttindən əks tərəfə - ətəyin düz üzünə
doğru çevrilir. Köbənin kəsiyi ilə ətəyin bel kəsiyi bərabərləşdirilir və 0. 7-1. 0 sm-lə birləşdirilir. Sonra
tikiş payı köbə tərəfə yatırdılaraq tikiş ütülənir, köbə tərəfdən 0. 1-0. 2 sm-lə baxya salınır. Köbənin digər
açıq kəsiyinə astarlıq birləşdirilir.