Geyimlər insan bədənində geyinilmə qurşağına görə bel və çiyinli geyimlərə bölünür. Bel geyimləri insan fiqurasının bel qurşağında, çiyin geyimləri isə çiyin qurşağında oturur.
Çiyinli geyimlər üst və yüngül geyimlər kimi siniflərə bölünürlər. Üst çiyinli geyimlərə palto, plaş, pencək, gödəkcə və s. aiddir. Yüngül çiyin geyimlərə isə köynək, don, xalat və s. aiddir. Çiyinli geyimlər də məişət geyimlərinə daxildir. Ona görədə, bu geyimlər cinsinə, təyinatına, mövsümünə, stilinə görə qruplara ayrılırlar. Yüngül və üst çiyin geyimləri cinsinə görə bağlama yerləri ilə fərqlənir. Kişi geyimləri soldan sağa, qadın geyimləri isə əksinə, sağdan sola bağlanır.
Çiyinli geyimlər konstruksiyasına görə bir bortlu, iki bortlu, koketkalı, şlistli (yamşaqlı) və s. olur. Biçiminə görə bütöv biçimli qollu, reqlan qollu, bitişdirmə qollu, kombinləşdirilmiş olur. Siluetinə görə yarımyapışıq, yapışıq, düz biçimli siluetlərə ayrılır. Təyinatına görə qış, mövsümi,yay fəsillərinə ayrılır. Fasonuna görə boğaza qədər bağlanan, açıq bağlama, bütöv biçimli, beldən kəsik, yaxalıqlı, müxtəlif qollu, müxtəlif görünüşlü ciblərlə, kəmərli və kəmərsiz və s. olur.