|
3.3.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Üst geyim” Üst geyimləri hazırlayan zaman xüsusi maşınların xüsusiyyətlərini sayır
- Yarımavtomat maşınlarının hansı xüsusiyyətləri var?
- Universal və xüsusi maşınların fərqli cəhətləri hansılardır?
- DURKUPP ADLER 630-10 maşınının xüsusiyyətlərini sadala.
- DURKUPP ADLER 630-10 maşınının yerinə yetirdiyi əməliyyat hansıdır?
- Hansı kəsik cib hazırlayan avtomat tikiş maşınını tanıyırsınız?
- Araqatı yapışdıran preslərin iş prinsipini izah edin.
- HP-600 LF Hashima maşınının texniki xüsusiyyətlərini sadala.
|
3.4.1. Sadə üst geyimlərini texnoloji ardıcıllıqla hazırlayır
• Jiletin hazırlanması
Jilet çiyin geyim qrupuna daxildir. Jilet kişi geyim qrupuna aid olsa da, müasir
geyim modelində qadın geyim qrupuna keçmişdir. Özünün model müxtəlifliyinə
görə indi jilet qadın geyimləri içərisində xüsusi yer tutur. Jilet pencəyin və jaketin
altından və ya onsuz şalvar və ətək, hətta köynəyin və donun üstündən geyilir.
Nümunəvi kostyum jiletində düymələnmə yeri bortda, ortada, dörd-beş
düyməli olur (Şəkil 3.18, a). Modeldən asılı olaraq, düymələnmə yeri sağ qabaq hissə tərəfə ötə bilər
(Şəkil 3.18, b). Bir qayda olaraq arxa hissə astarlıq parçadan hazırlanır. Jiletin bədənə yaxşı yatması üçün
arxa hissədə yan kəsiklərə iki kəmərcik tikilir (Şəkil 3.18, c).
O, müxtəlif modellərdə - birbortlu və ikibortlu, yaxalı və yaxasız, iki və ya dörd kəsik cibli, cibi cib
ağızlıqlı, köbəli və ya qapaqlı, astarlı, astarsız, yan və döş cibi kimi, bəzən astarda qoltuq cibi də işlənir.
Bu ciblər çox gərginliyə (istismara) məruz qalmadıqları üçün onları kostyum cibi kimi çoxqatlı işləməyə
ehtiyac yoxdur.
Şəkil 3.18. Jiletin xarici görünüşü Jiletin arxa hissəsi orta tikişli, bort və ətəyi
baxyalanır, gizli (“iynə-dalı”) tikişlə, yaxud “təmiz kənar”la işlənilir. Jiletin qabaq
hissəsinin hazırlanmasına bort yığmalarının, ciblərin və astarın işlənilməsi, onların
birləşdirilməsi və nəmlənib-isidilmə əməliyyatı daxildir. Jiletdə yığma qarsaqlı və
qarsaqsiz (bütöv) olur. Qarsaqsız yığmanın yeri ülgü ilə nişanlanır və altına pambıq
parça qırığı qoyularaq tikilir. Sonra o, yanlara açılaraq ütülənir, sonundakı boşluq ütü
ilə aradan qaldırılır.