3.4.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Sadə üst geyimlərini texnoloji ardıcıllıqla hazırlayır”
|
Kişi və uşaq kostyumları pencək və şalvardan, yaxud pencək, şalvar və jiletdən ibarət olur. Modelindən və konstruksiyasından asılı olaraq, pencəklər ciddi formada və yaxud idman stilində ola bilər, bir bortlu, iki bortlu, düz, yarım yapışıq, yapışıq siluetli, uzunluğuna görə adi və ya uzun; tərtibatının xarakterinə görə: laskanlı, yaxalıqlı, yaxalıqsız və müxtəlif formada ciblərə malik ola bilər. Kürək və ətək (qabaq) hissə bütöv, koketkalı olub, kürək hissə orta hissədən tikişlə, qatlamalı, xlyastikli, yan hissədə şlislərlə və yaxud kürəyin ortasında şlis ilə hazırlana bilər. Qolları tikilmə qollu, iki tikişli, aşağı hissədə şlis ilə ola bilər. Pencəkləri maşın tikişi ilə bəzəmək və yaxud “təmiz kənarla” hazırlamaq olar (Şəkil 3.21).