5 - şalvarın qatlanmasının, paltonun kənarı, düz hissələrin və s. ütülənməsi üçün yastıq;
6 - paltonun qabaq hissəsinin döş sahəsində lazımi forma əldə etmək üçün və hazır paltonun son tamamlama əməliyyatında istifadə edilən yastıq;
7 - 8 - kişi paltosunun qabaq hissələrinin ütülənməsi üçün sağ və sol yastıq - bu yastıqdan araqatı materialı yapışdırmaq üçün də istifadə etmək olar;
9 - 10 - qadın paltosunun qabaq hissələrini ütüləmək üçün sağ-sol yastıqlar;
11 - düz formalı müxtəlif geyim hissələrinin kənarını presləmək üçün yastıq.
• Pardaqlama (buxarla yumşaltma) parça liflərində əvvəlki əməliyyatlar nəticəsində yaranmış gərginliyi aradan qaldırmaq, yəni lifləri əvvəlki halına gətirmək və parçada əmələ gələn parıltı ləkələrini yox etmək üçündür.
Tikiş fabriklərində parçanın buxarla işlənilməsinə dekatirləmək deyilir. Bu proses toxuculuq müəssisələrində icra edilməlidir. Əslində bəzi parçalarda qısalma xüsusiyyətinin nəzərəçarpacaq dərəcədə artıq olmasının səbəbi onların toxuculuq müəssisələrində lazımi qədər dekatirovka edilməməsidir. Belə hallarda parça tikiş fabriklərində (əsasən araqatı materialı) yenidən dekatirləşdirilir.
3.2.2. Tələbələr üçün fəaliyyətlər
• | Tikiş prosesində nəmlənib-isidilmə əməliyyatının rolu haqqında müzakirələr aparın. |
• | Hər qrup ütülərin növləri və onların tikiş prosesində tətbiq sahələri haqqında təqdimat hazırlasın. |
• | Preslərin yastıqlarının növləri haqqında qeydlər aparın. Şaxələnməni artıra bilərsiniz. |
• | Rol oyunları vasitəsilə pardaqlama əməliyyatını aparan buxar manekenlərinin tikiş atelyelərində reklamını edin. |
3.2.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“İsti-nəmləndirmə əməliyyatını yerinə yetirmək üçün avadanlığı seçir”
• Tikiş məmulatlarının hazırlanmasına sərf edilən vaxtın neçə faizi İ.N.Ə-ə sərf edilir?
• Tikiş istehsalında İ.N.Ə. hansı avadanlıqlarla yerinə yetirilir?
• Ütülərin növləri hansılardır?
• Buxar ütüləri ilə hansı işlər görülür?
• Preslərdən hansı geyimlərin hazırlanmasında istifadə edilir?
• Preslər neçə cür olur?
• Pres yastıqlarının hansı növlərini tanıyırsınız?
• Presin üst və alt yastıqları hansı materialdan hazırlanır?
• Alüminium yastıqların üstün cəhətləri hansılardır?