2.2.1. Geyimin layihələndirilməsi zamanı bədii hissəni təsvir edir
• Geyimin bədii layihəsi
Layihələndirmə problem yarandığı andan həmin problem həll olunana qədər
aparılan ardıcıl bir prosesdir.Məmulatın layihəsinin hazırlanması prosesində
müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət kollektiv iştirak edir: rəssamlar,
konstruktorlar, texnoloqlar, dərzilər, ülgü hazırlayanlar və.s. Bu iş ilə modalar
evi, xüsusi rəssam-konstruktorlar bürosu, böyük müəssisələrin təcrübə sexləri,
firmalar məşğul olurlar.
Layihələndirmənin nəticəsi məmulatın modeli və sənədlər toplusu olur.Bu topluda sənədin adı, təyinatı, hansı yaş qrupuna və cinsə aid olduğu, rəssam və konstruktorun soyadı, geyimin bədii və texniki təsviri əks olunur.
Konstruksiya bədii və texniki olmaqla iki yerə ayrılır.
Bədii konstruksiya gələcək məmulatın bədii obrazının axtarışı və əyani təsviri ilə əlaqədardır.Rəssam tərəfindən həlledilən əsas məsələ geyimin modelinin yaradılması üzərində işləyərək məmulatın formasını, funksiyasını, təyinatını istehlakçının zahiri görünüşünə, ətraf mühitə uyğunlaşdırmaqdan ibarətdir.Forma, rəng, materiallar, bəzəklər və modelin bütün başqa əlamətləri özünün estetik mükəmməlliyi ilə insana emosional məmnunluq gətirməli, başqa sözlə, ona xoş əhval-ruhiyyə bəxş etməlidir.
Şəkil 2.4 Geyimlərin bədii layihəsi
2.2.2. Tələbələr üçün fəaliyyətlər
• Rol oyunu: Qadın geyimləri hazırlayan müəssisənin rəhbərliyi əməkdaşlıq üçün
rəssam-modelyerlər arasında qadın geyimləri eskizlərinə görə iddialı namizəd seçir.Bu
zaman rəssam-modelyer çəkdiyi eskizlərin mükəmməl, iddialı, müasir olmasını sübut
etməyə çalışır və debat təşkil olunur.
• Müasir dəbli geyimlər haqqında araşdırmalar aparın və təqdimat hazırlayın.
• Geyimin bədii layihələndirilməsi üçün hansı bilik və bacarıqları bilməli olduğunuzu
qeyd edin.
• Qruplara bölünün. Ziyafət geyiminin eskizini hazırlayıb debat təşkil edin.Hər qrup
özünün çəkdiyi eskizin mükəmməlliyini sübut etməyə çalışsın.
• “Moda evi yeni kolleksiyasının bədii layihəsini hazırlayır” mövzusunda rol oyunu təşkil
edin.