• Buxarkeçirmə - geyimin özündəki artıq buxarı və ya nəmi hava ilə az nəmli sahəyə ötürmə xassəsidir. Bu, parçanın hiqroskopikliyindən və məsaməliliyindən asılıdır. Alt geyimləri, don, köynək və bluzka kimi geyimlər üçün buxar keçirmə çox vacibdir.
• Tozyığma - geyimin ən pis xassəsidir. Odur ki, üst geyimlərin (palto, yarımpalto) drap, mahud, üzü xovlu və strukturu boş olmayan parçadan tikilməsi məsləhət görülür.
• Sukeçirmə - geyimin müəyyən təzyiq altında özündən sukeçirmə xassəsidir. Plaşlıq parça üçün bu, çox vacibdir. Ona görə də plaşlıq materiala su keçirməyən maddə hopdurulur. Yuxarıda göstərilən gigiyenik tələblər uşaq geyimləri üçün daha yüksək olmalıdır.
İstismar tələbləri dedikdə, geyimin suya, yuyucu vasitələrə, hava şəraitinə, və s.müxtəlif təsirlərə davamlılığı nəzərdə tutulur.Geyim davamlı olmalı, az qırışmalı, nəzərdə tutulan qədər geyilməlidir.Bu, ən çox parçadan, məmulatın konstruksiyasının düzgün seçilməsindən, hissələrin işlənmə üsulundan və tikilmə zamanı yerinə yetirilən işin keyfiyyətindən asılıdır.
Estetik tələblərə gəlincə, geyim bəzəyinə və formasına görə gözəl, müasir dəbə uyğun olmalıdır.Konstruksiyanın seçilməsində və geyimin tikilməsi zamanı insanın şəxsi xüsusiyyətləri nəzərə alınmalıdır.
İqtisadi tələblərə görə geyim nisbətən ucuz başa gəlməli, onun hazırlanmasına az əmək sərf edilməli və parçaya qənaət olunmalıdır.
2.4.2. Tələbələr üçün fəaliyyətlər
• Müəllim tərəfindən lövhədə dairənin mərkəzində yazılmış “geyimdə tələblər”
anlayışı ilə bağlı söz və ya ifadələr söyləyin. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər
növbəti söz onunla əlaqəli olmalıdır. Sonra yazılan fikirlər ətrafında müzakirə aparın.
• Qruplara bölünərək dairə daxilindəki stullarda əyləşin. Müəllimin təklif etdiyi “geyimdə
tələblər” mövzusunu müzakirə edin. Dairədən kənardakı stullarda əyləşmiş digər qrup
müzakirəni yazıya alaraq, təhlil edərək öz əks dəlillərinizi hazırlayın. 15-20 dəqiqədən
sonra diskussiyanı dayandırın, kənar və daxili dairədən olan tələbələrlə öz yerlərinizi
dəyişdirin.Əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparın.
• Müəllimin lövhədə yazdığı açar sözlərə əsasən tələb olunan anlayışı tapın.
• Stolun üstündən geyimdəki tələbin adı yazılmış ağ kağızlardan birini götürüb həmin
tələbin xüsusiyyətlərini izah edin.
2.4.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Geyimə qoyulan əsas tələbləri təyin edir”
• Geyimdə tələblər dedikdə nə başa düşürsünüz?
• Geyimə hansı tələblər qoyulur?
• Gigiyenik tələb nədir?
• İstismar tələbi nədir?
• Geyimin istilik mühafizəsi nədən asılıdır?