Təlim nəticəsi 3: Sifarişçinin istəyinə əsasən geyimin eskizini çəkir və ölçü işlərini həyata keçirməyi bacarır
3.1.1. Bədən quruluşuna əsasən geyimin siluetlərini müəyyən edir
• Geyimdə siluet
• Siluet (forma) - geyimin kontur xətlərinin fiqurada belə, ombaya, döşə
yatma dərəcəsini, uzunluğunu, ətək səviyyəsindəki enliliyini, çiyin hündürlüyünü
və enliliyini xarakterizə edir. Deməli, siluet geyimin çərçivəsidir və onun forması
və modeli (fasonu) də həmin çərçivə daxilində layihələndirilir.
Siluet (forma) ilə model(fason) arasındakı asılılığı aydınlaşdırsaq, görərik ki, bir siluet əsasında bir neçə modeldə (fason) don layihələndirmək mümkündür. Deməli, nəticə etibarilə siluet (forma) geyimdə başlıca rol oynayır.
Geyimin konstruktiv xətləri siluetin köməyi ilə aydın görünür, xarici görünüşünü isə model təcəssüm etdirir (bax. şəkil 3.1)
Siluet xətlərinin köməyi ilə geyimə sadəlik, ciddilik, mülayimlik, məğrurluq, qadın incəliyi, yumşaqlıq, qeyri-adilik və s. kimi ideyalar vermək olar.
Siluet xətləri geyimin mütənasibliyini, kompozisiyasını aydınlaşdırır, ona səlislik verir və modanın müasirliyini göstərir.
Geyimin silueti bədənə yaxşı yatan, qismən yatan, sərbəst, həcmli (genişləndirilmiş) fiquranı əks etdirən, uzun, ensiz, bel xətti uzadılmış və s. olur.
Bədənə yaxşı yatan siluetli geyimlərin bel, omba və döş dairə xətlərinə yalnız texniki əlavə pay (ƏP) verilir. (şəkil 3.2 a, b)
Geyimin silueti: a - bədənə yaxşı yatan; b - qismən yatan; c - sərbəst (rahat); ç- həcmli (genişləndirilmiş).
Bədənə qismən yatan siluetli geyimlərin bel, omba və döş dairəsi xətlərində bədən (fiqura) üçün əlavə sərbəstlik payı bir qədər çox götürülür (şəkil 3.2. c).
Sərbəst siluetli geyimlərin bel, omba və döş dairəsi xətlərində əyrilik olmur (şəkil 3.2. ç). Belə geyimləri layihələndirdikdə yalnız döş dairəsi xəttinə əlavə pay verilir.