3.2.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“İnsanın yaşına və geyimin təyinatına əsasən konstruktiv və dekorativ xətləri
göstərir”
• Geyimin modelləşdirilməsində hansı xətlər rol oynayır?
• Konstruktiv xətlər geyimdə nəyi bildirir?
• Dekorativ xətlər nədir?
• Geyimdə şaquli və horizontal xətlərin rolu nədir?
• Diaqonal və hamar xətlər geyimə hansı xüsusiyyətləri verir?
• Geyimdə illüziyanın rolu nədir?
• Mütənasib fiqurası olmayan xanımlara necə geyinmək məsləhət görülür?
• İncə bədənli qadınlar geyimdə hansı detallardan çox istifadə etməlidirlər?
• Dolu bədənli xanımlar necə geyinməlidirlər?
3.3.1. Verilən tələbə görə geyimin eskizini hazırlayır
• Eskizin hazırlanması
Fərdi tikiş atelyelərində sifariş götürən şəxsin bu prosesdə rolu çox böyükdür.
O, təcrübəli və səriştəli mütəxəssis olmalı, müasir modadan və geyimin
konstruksiyasından yaxşı baş çıxara bilməli, həm də geyimin işlənmə
texnologiyasına yaxşı yiyələnməlidir ki, tikiş prosesində qarşısına çıxan
çətinlikləri vaxtında aradan qaldıra bilsin.
Bədən xüsusiyyətləri | Sizə kömək edər | İmtina etmək lazımdır |
Enli çiyinlər | Kimano biçimli qollar, V şəkilli sinə yarıqları, şarflar və iri muncuqlar. | Düzbucaqlı şəkilli sinə yarıqları, çiyinləri vizual şəkildə böyüdən poqonlar, buf-qollar. |
Ensiz düşük çiyinlər | Düzbucaqlı sinə yarıqları, buf qollar, qırçınlı qollar. | Ensiz qollar, kimano, qanad formalı qollar. |
Uzun qollar | Qısa, enli qollar, 3/4 uzunluğu olan qollar. | Nazik, dar qollar, sarafan şəklində geyimlər. |
Qısa qollar | Aşağıya qədər ensizləşən, biləkdən aşağı uzunluqlu qollar. | İri manjetlər, iri qollar. |
Kiçik ölçülü sinələr | Horizontal xətləri olan sinəli paltarlar, koketkalar, drapirovkalar, döş xəttindən yuxarıda yerləşən büzmələr. | Dərin sinə yarıqları olan geyimlər, böyük dekoltelər. |
Böyük ölçülü sinələr | Açıq yaxalar, enliləşdirilmiş çiyin xətləri, bel xəttinin aşağıda yerləşdirilməsi, 3/4 uzunluqda qollar, ensiz kəmərlər. | Hündür yaxalıqlar, döş xəttində büzmələr və qatlar. Bel xətti yuxarıda yerləşmiş geyimlər. |
Bel xəttinin yuxarıda olması | Bel xətti aşağı sürüşdürülmüş geyimlər, çanaq hissədə hər hansı aksent və ya bel xəttini göstərmək. | Enli kəmərlər, qısa jaketlər, jiletlər, koftalar. |
Bel xəttinin aşağıda yerləşməsi | Bel xəttindən yuxarıda yerləşən enli kəmər, koketkalı paltarlar. | Ensiz kəmər.Bel xəttindən aşağıda yerləşmiş aksentli paltarlar. |
Ensiz çanaq | Uzunluq boyunca eyni enlikdə | Büzməli ətəklər.Üstdən qoyma ciblər. |