Bundan başqa, arxa hissənin eninə 0, 3 sm, qabaq hissənin eninə 0, 5 sm, şalvarın, ətəyin bel və omba xətlərinə 1, 0 sm əlavə artım verilir.
Boyunun özül nöqtəsinin qaldırılması üçün əlavə pay - ƏPaboy arxa hissədə orta xəttin boyunun yeddinci fəqərə sütununa nisbətən yuxarı qaldırılmasına verilən əlavə pay yaxalığın boyun yerinə tikilmə xətti hesab olunur.
Qolun yuxarı dairəsinin (okatın) hündürlüyünə verilən əlavə pay - ƏPqol qolun birləşmə tikişində parçanın qatlanmasına verilir və qol tikişi qola tərəf yatızdırıldıqda artım əlavə edilir. Onun miqdarı tikişə qatlanılan yuxarı dairənin uzunluğu ilə müəyyənləşdirilir. Parçanın qalınlığından asılı olaraq, bu az və ya çox ola bilər. Deməli, əlavə pay məmulatın çeşidindən asılı olaraq dəyişir.
Çiyin altlığının qalınlığı üçün verilən əlavə pay - ƏPçiyal çiyin altlığının qalınlığı qədər artırılır və qolun yuxarı dairəvi hissəsinin hündürlüyündə də nəzərə alınır. Çiyin altlığının qalınlığı modaya müvafiq olaraq orta hesabla 1, 0 sm götürülür.
Çiyin altlığı üçün qol yerinin uzadılmasına verilən əlavə pay - ƏPqoly, çiyin altlığının qalınlığından asılıdır. Əlavə pay qolun yuxarı dairəsinin iki uzunluğunun fərqinə bərabər götürülür. Qolun yuxarı dairəsinin birinə çiyin altlığı üçün əlavə pay nəzərə alınmaqla, digəri isə onsuz götürülür. Çünki çiyin altlığının hər bir santimetrinin qalınlığı üçün qolun yuxarı dairəsi 2, 5 sm uzadılır. Elə bu uzunluqda da qol yerinin uzadılması baş verir. Həmin uzunluq çiyin altlığının qalınlığına görə qol yerinin uzadılması payı hesab olunur və geyimi konstruksiya etdikdə onun çertyojunda arxa və qabaq hissələrin çiyin nöqtələrinə bərabər edilir.
Qabaq hissəsi bütöv, düyməsiz donların bel yerinin uzanmasına 0, 2 sm, düymələnən donlara isə 0, 4 sm əlavə pay verilir.
• Müxtəlif siluetli geyimlərdə arxa ƏPa və qabaq hissənin ƏPq döş xətti sahəsində verilən əlavə pay, sm-lə
Məmulat | Müxtəlif siluetlərdə sahələr üzrə əlavə pay | |||||
Bədənə yatan siluet | Bədənə qismən yatan siluet | Düz siluet | ||||
A r x a hissə ƏPa | Q a b a q hissə ƏPq | A r x a hissə ƏPa | Q a b a q hissə ƏPq | A r x a hissə ƏPa | Q a b a q hissə ƏPq | |
Don | 0, 7 - 1, 0 | 0, 6 - 0, 8 | 1, 0 - 1, 3 | 0, 8 - 1, 0 | 1, 3 - 1, 5 | 1, 0 - 1, 2 |
Mövsümi palto | 1, 5 — 1, 7 | 1, 2 - 1, 4 | 1, 7 - 2, 0 | 1, 4 - 1, 6 | 2, 3 - 2, 5 | 1, 8 - 2, 0 |
Qış paltosu | 2, 0 - 2, 2 | 1, 7 - 1, 9 | 2, 2 - 2, 5 | 1, 9 - 2, 1 | 2, 8 - 3, 0 | 2, 3 - 2.5 |
Cədvəl 4.1
• Siluetdən asılı olaraq bel və omba yarımdairəsinə ƏPbel və ƏPom verilən pay, sm-lə
Məmulatın adı | Bədənə yatan siluet | Bədənə qismən yatan siluet | ||
ƏPbel | ƏPom | ƏPbel | ƏPom | |
Don | 3 - 4 | 1, 5 - dən çox | 8 - 10 | 1, 5 - dən çox |
Mövsümi palto | 8 - 10 | 5 - dən çox | 10 - 12 | 6 - dan çox |
Qış paltosu | 10 - 12 | 7 - dən çox | 12 - 14 | 8 - dən çox |
Cədvəl 4.2