4.4.1. Modada baş verən dəyişiklikləri çertyojda tətbiq edərək hazırlayır
• Konstruktiv modelləşdirmə üsulları
Geyimin ən müxtəlif formalarının yaradılması ilə bədii layihələndirmənin
mühüm şərti olan modelləşdirmə məşğul olur. Hal-hazırda geyimin müxtəlif
modelləşdirmə üsulları mövcuddur. Bu üsulların ən rahatı, ən dəqiqi
konstruktiv modelləşdirmə üsuludur. Əslində konstruktiv modelləşdirmə tikiş
məmulatlarının həcm-fəza formasının, modelə daxil olan konstruktiv xətlərin,
detal və elementlərin fasiləsiz yaranması prosesidir.
Konstruktiv modelləşdirmə üsulunun tətbiqi zamanı geyimin müxtəlif formalarını yaradarkən mürəkkəb hesablama düsturlarından istifadə etmək məqsədəuyğundur. Bu yaradıcılıq prosesindən məmulatda lazımi biçməni aparmaqla istifadə olunur.
Ülgüsünün və baza əsasının başlıca parametrlərinin saxlanması şərti ilə konstruksiyasının əldə olunması üçün geyimin əsas detallarının (kürəyin, ətəyin, qolların, yubkanın və ya şalvarın ön və arxa hissələrinin və s.) müxtəlif dayaq nöqtələrində birləşdirilməsi prinsipi durur. Məsələn, lifin və qolun baza əsaslarının detallarını birləşdirməklə çox asanlıqla məmulatın bütöv biçimli qolu olan ülgüsünü almaq olar. Geyimin müxtəlif növlərinin konstruktiv xüsusiyyətləri məmulatın formasının bədənin formasına müxtəlif dərəcədə yapışmasına imkan yaradır. Geyimin düz və ya trapes formaları kimi müxtəlif siluetlərini əldə etmək üçün konstruktiv modelləşdirmə yolu ilə baza konstruksiyalarının cizgilərini dəyişmək olar. Bu zaman biçmənin müəyyən üsullarından istifadə olunur. Müasir modelləşdirmənin bütün təkamül yolu konstruktiv modelləşdirmənin müxtəlif üsullarının tədqiqindən və təkmilləşdirilməsindən ibarət olmuşdur. Bu axtarış özündən öncəki dövrlərin biçim üsullarının stilləşdirilməsini deyil, daim artan tələblərə və müasir tikiş istehsalatının texniki imkanlarına cavab verən üsulların yaradılmasını nəzərdə tuturdu.
• Çiyin və döş qarsağının yerinin dəyişdirilməsi üsulları Qarsaqlar geyimin ən mühüm konstruktiv elementlərindən biridir. Çünki, onun köməyi ilə hamar materialdan tikiş məmulatının istənilən həcmli forması yaradılır. Qadın geyimində ən mühüm element döş hissəsinin bədəndə yaxşı oturmasını təmin edən döş qarsağıdır.
Döşün baza əsasının çertyojunun quruluşuna əsasən yaradılmış konstruksiyasında döş qarsağı, çiyin kəsiyindən döşün ən yuxarı nöqtəsinə doğru istiqamətlənmişdir (bu cür yerləşmə əsas qarsaq adlanır). Modelləşdirmə praktikasında modeldən asılı oaraq, döş qarsağı əsas vəziyyətdən ən müxtəlif yerlərə köçürülə və yan kəsik, boğazın xətti, qol hissə, bel, ətəyin mərkəzi xətti kimi istənilən konstruktiv xətdən çıxa bilər. Yalnız onun zirvəsinin döşün mərkəzinə doğru istiqamətlənməsi dəyişilməz qalır.
Şəkildəki sxemlərdə döş qarsağının mümkün yerdəyişmələri göstərilmişdir. Sxemin mərkəzində döş qarsağının əsas vəziyyəti verilmişdir. Qarsaqlar geyimin ən mühüm konstruktiv elementlərindən biridir. Döş qarsağının yerinin seçimi modeldən asılı olaraq çox vaxt modelləşdirmə zamanı bəzi üsullarla müəyyən edilir.
«Sadədən - mürəkkəbə» prinsipi ilə döş qarsaqlarının müxtəlif konfiqurasiyalarının köməyi ilə çeşidli geyim nümunələri hazırlamaq olar.