Şəkil 1.2 Biçici sexi
● Tikiş sexi. Tikiş sexində briqadalar və fərdi işçilər üçün avadanlıq qoyulur.
● Material və furnitura anbarı. Anbarda stellajda və şkaflarda atelyenin materialları və sifarişçidən qəbul olunmuş parçalar saxlanılır.Stellajlar bir neçə hissələrə və gözlüklərə bölünür.Firniturları şkafda saxlayırlar.
● Hazır məmulat anbarı. Bu anbarda hazır məmulatdan başqa, paltarın əyinə ölçülməsinə hazırlanmış məmulatlar da saxlanılır.Məmulatları sürüşkən qapılı şkaflarda və ya xüsusi dayaqlarda asırlar.
● İşə hazırlıq
Rahat iş yeri, işin gedişatının düzgün təşkil edilməsi tikiş əməliyyatının sürətini, görülən işin keyfiyyətini yüksəldir.Tikiş və biçmə otaqları yaxşı havalandırılmalı və işıqlandrılmalıdır.Əl işləri görülən stolun səthi çox hamar olmalıdır. Əlişlərini yerinə yetirən zaman alət və materialları elə yerləşdirmək lazımdır ki, hər zaman əl altında olsun.Bu zaman alət və tərtibatları stolun sağ tərəfinə qoymaq məsləhətdir.İş görülən zaman vacib amillərdən biri də işçinin stol arxasında düzgün oturmasıdır.Belə ki, stol ilə stul arasında məsafənin düzgün seçilməsi işçinin rahatlığını təmin edir.Həmçinin ayaqların rahatlığı üçün ayaqaltı da qoyula bilər. Əl işi görülən zaman göz ilə məmulat arasında məsafə 30-40sm olmalıdır.