Hörmətli oxucu!
Menyu ictimai iaşə müəssisəsinin çeşid minimumu əsasında tərtib edilir, səhər, günorta və şam yeməyi üçün yemək və içkilərin siyahısını, onların tərkibini göstərir. Buraya həmin gün satışda olan qəlyanaltı, yeməklər, kulinar məhsullar, içkilər daxildir. Adətən menyunun bir neçə növü tərtib edilir. Bunlara gündəlik, banket, toy, bayram stolu və s. üçün xüsusi növlü xidmət menyuları daxildir.
Menyu restoranlarda, kafelərdə və barlarda təqdim olunan yeməklərin və içkilərin siyahısıdır. Menyular qurumun mövzusuna uyğun seçməyə çalışır. Məsələn, restorana Hər hansı bir ölkə adı verilsə, mətbəxi də həmin ölkəyə aid olacaq, menyuda əks olunacaq Ukrayna yeməkləri (Yapon restoranı, Yapon menyusu və s.) Menyu gəldiyiniz qurumla tanışlığınızdır.
Menyu, restoran, kafe və barda mövcud olan mövcud içkilər, yeməklər, salatlar və s. siyahısını özündə cəmləşdirən bir dəftərdir. Menyuya baxırıq, qiymətlərin olduğunu öyrənirik və sonra lazım olan sifarişi edirik. Yeməkxanalarda, məktəblərdə menyular da var (bir neçə variantdan bizim üçün nə bişirəcəklərini seçə bilərdik).
Hazırki modulda bir çox məsələlərə nəzər yetirilmişdir. Menyu və yemək reseptinin tərtib edilməsi üçün zəruri sayılan bilik və bacarıqları özündə əks etdirən modul, 2 təlim nəticəsindən ibarətdir. Hər bir təlim nəticəsi üzrə qiymətləndirmə meyarlarının məzmunu açıqlanmış, verilən məzmunun möhkəmləndirilməsi üçün “Sərbəst iş üçün tapşırıqlar” və təhsilalanın məzmunu hansı səviyyədə qavradığını qiymətləndirmək üçün “Qiymətləndirmə (nəzəri, praktiki, bacarıqların və modulun)” bölməsi verilmişdir.
Birinci təlim nəticəsində təhsilalanlara iaşə obyektinin planları və fəaliyyəti barədə məlumat verildikdən sonra, potensial müştərilərin ehtiyaclarının yaranmasına səbəb olan faktorlar qeyd edilmişdir. Ehtiyacları aşkarlamaq üçün praktiki bacarığa sahib olmaq keyfiyyətli yemək menyusu hazırlamağın reallaşması deməkdir. Bu istiqamətdə əvvəlcə iaşə obyektinin fəaliyyəti barədə məlumat toplanılır. Burada restoran mətbəxi ilə menyu arasında olan əlaqə anlaşılaraq müvafiq qaydada yemək menyusunun hazırlanmağından bəhs edilir.
İkinci təlim nəticəsində yemək reseptini tərtib etmək üçün yemək növünə uyğun istifadə olunan inqrediyentlərin miqdarının müəyyən edilməsi məsələsi vurğulanır. Burada qeyd olunan yemək reseptinin tərtib edilməsi işini reallaşdıran yeməyin bişirilmə üsulunun və müddətinin təyini məsələsi qeyd edilmişdir. Onu da nəzərə alsaq ki, yemək bişirmək bir sənətdir. Bu sənətin müxtəlif üsulları vardır. Bir çox yeni fəaliyyətə başlayan aşpazlar bu üsulları bilsələr də, bəziləri yemək bişirməyin hansı üsullarının olduğundan xəbərsizdir. Yemək reseptlərinə faydalı yeniliklərin təklif edilməsi barədə məlumatlı olmaq effektiv yemək reseptini tərtib etməyin reallaşması prosesini həyata keçirməyə imkan verir.
Əziz təhsilalanlar! Unutmayın ki, gələcək fəaliyyətinizin yüksək səviyyədə qurulmasının əsası, sizə təqdim edilən materialların həm nəzəri, həm də praktiki mənimsənilməsindən çox asılıdır.