Bazarın seqmentləşdirilməsi dedikdə, alıcı və istehlakçıların eyni cavab reaksiyasına səbəb olan oxşar tələbatlara və xarakteristikalara görə bazarların müxtəlif istehlakçı qrupları və müxtəlif xüsusiyyətli (heterogen) bazarın eyni xüsusiyyətli (homogen) kiçik bazarlara bölünməsi prosesi başa düşülür. Başqa sözlə desək, bazarın seqmentləşdirilməsi nəticəsində müxtəlif tələbata, xüsusiyyətə və davranışa malik istehlakçı və alıcılar bu göstəricilərdə olan ümumiliyə, oxşarlığa və eyniliyə görə qruplaşdırılır və buna uyğun olaraq seqmentlərə bölünür.
Bazarın seqmentləşdirilməsinin məqsədi müəssisənin məqsədinə və imkan və resurslarına uyğun gələn bazar seqmenti və ya seqmentlərinin seçilməsi və seçilmiş seqment(lər)in tələbatını daha dolğun ödəmək və müəssisəyə rəqabət üstünlüyü əldə etməyə imkan verən marketinq strategiyaları və proqramlarının hazırlanmasıdır.
Seqmentləşdirmə, bir tərəfdən, müəssisənin hədəf bazarının seçilməsi metodudur. Seqmentləşdirmə nəticəsində ayrılmış və seçilmiş hər bir istehlakçı və alıcı qrupu bazar seqmentini təşkil edir. Hər bir bazar seqmenti eyni bir məhsul və marketinq elementlərinə eyni cür münasibət göstərir və reaksiya verir. Müasir müəssisə bazarı sayılan iaşə yerində durmur. İstehlakçıların artan tələblərini ödəmək üçün daim inkişaf edir. Sərt rəqabət şəraitində qonaqların diqqətini özündə saxlamağa çalışan restoran rəhbərləri işləri üçün yeni fikirlər irəli sürür, müəssisələrinin interyerini yaxşılaşdırır və təklif olunan məhsul və xidmət növlərini genişləndirirlər. Bazar seqmentinin müəyyən edilməsi ardıcıllığı aşağıdakı şəkildə göstərilmişdir (Şəkil 1.1).