Aşpaz
Təzə yaşıl noxud
Göy noxud paxlasının xarici görkəmi paxla və dənin yetişkənliyi vizual baxışla müəyyən
edilir. Dənin dadı onun ağızda çeynənilməsi ilə təyin olunur.
Eyni zamanda paxlaların təzəliyi, onlarda müşahidə olunan zədələnmələr, dənin özü və
qabığının sıxlığı müəyyən olunur.
Yaşıl noxud dənlərinin sıxlığı göy noxud dənlərinin 7%-li xörək duzu məhluluna salmaqla
müəyyən edirlər. Duz məhlulunun nisbi sıxlığı 1,05-ə bərabərdir.
O yaşıl noxud dənləri yararlı sayılır ki, onlar duz məhlulunda üzür (Şəkil 2.100).
Zərərvericilər tərəfindən göy noxud dənlərinin zədələnməsini texniki şərtlərin tələbinə uyğun
həyata keçirirlər. Eyni zamanda məhsuldan götürülmüş orta nümunənin analizi vasitəsi ilə
müəyyən edirlər. Yaşıl noxudun qırmızı çiçək açan yem sortları mövcuddur ki, onları təyin
etmək üçün noxud dənlərini 2%-li kalium xromat (K2 Cr2 O7) məhlulunda 6-10 dəqiqə müddətində
qaynatmaqla müəyyən edirlər. Bu zaman dənlər rəngə boyanır (Şəkil 2.101).
|
Şəkil 2.100. Yaşıl noxudların məhlulda yoxlanması
Şəkil 2.101. Yaşıl noxud dənləri
|
2.3. Bişirmə formasına uyğun olaraq tərəvəzləri emal edir (əhatə olunanlar: xırdalamaq,
çəkmək, sürtgəcdən keçirmək, üyütmək, əzmək, süzmək, döymək, doğramaq (sadə və mürəkkəb-dilim, dairəvi
və çubuq))
Bişirmə formasına uyğun tərəvəzlərin emal edilməsi
İnsanın sağlam qidalanmasını tərəvəzsiz təsəvvür etmək mümkün deyil. Tərəvəzlərin tərkibində orqanizmin
normal həyat fəaliyyəti üçün böyük miqdarda zəruri vitaminlər və mineral maddələr vardır.
Sarımsaq, soğan və turp kimi tərəvəzlərin tərkibində xəstəlik törədən bakteriyalar, göbələk və virusların
inkişafını ləngidən maddələr vardır.
Tərəvəz bitkiləri öz istifadəsinə görə 3 qrupa bölünür:
- Çiy halda istifadə edilən (yeyilən) bitkilər;
- Çiy, bişirilmiş və emal edilmiş halda istifadə edilən bitkilər;
- Əsasən, bişirilmiş və emal edilmiş halda istifadə edilən bitkilər.
Çiy halda istifadə edilən bitkilər - çiy halda istifadə edilən kahı,
kasnı, şüyüd, keşniş,
turp, reyhan, mərzə, pekin kələmi, çin yarpaq kələmi, çöl keşnişi, təpə keşnişi (bifora) və s.;