İnqrediyentlərin emal edilməsi
Sərbəst iş üçün tapşırıqlar
Tərəvəzlərin bişirilməsi zamanı ilkin və son mərhələlərin riayət edilməsi vacib olan qaydaları araşdırın;
Meyvə-tərəvəzin orqanoleptik üsulla müəyyən edilən göstəriciləri haqqında məlumat toplayın;
Təzə meyvə və tərəvəzlərin orqanoleptik qiymətləndirilməsi üçün keyfiyyət göstəricilərinin əmsal qiymətləri şkalasını tərtib edin;
Meyvə və giləmeyvələrin qalma müddətinə əsaslanaraq onların saxlanma müddətini araşdırın və müzakirə edin;
Emala daxil olunan xammalda müəyyən olunan və yerinə yetirilən əməliyyatları araşdırın;
Tərəvəzlərin ilk hazırlığı zamanı fiziki-kimyəvi tədqiqat üsullarını araşdırın və yoldaşlarınızla müzakirə edin;
Tərəvəz xammalının keyfiyyətinə tətbiq edilən texniki nəzarət üsullarını araşdırın;
Əsasən, bişirilmiş və emal edilmiş halda yeyilən tərəvəzləri araşdırın;
Tərəvəzlərin saxlanma və emalı zamanı vitaminlərin qorunmasını təmin etmək üçün riayət edilməsi vacib olan qaydaları araşdırın;
Tərəvəzlərdə qida dəyərinin azalmasına səbəb olan xətaları araşdırın