Aşpaz
|
Təlim nəticələrinin qiymətləndirilməsi |
I. Nəzəri biliklərin qiymətləndirilməsi
1. Test
1. Qidalanmada meyvə-tərəvəzlərin hansı hissəsindən istifadə olunur?
A) Qabığından;
B) Kökündən;
C) Meyvə və toxumlardan;
D) Saplağından.
2. Standarta əsasən ticarətə daxil olunmuş kartofun səthinə yapışmış torpağın çəkisi
neçə faizdən çox olmamalıdır?
A) 1;
B) 2;
C) 3;
D) 4.
3. Kartofun tərkibində orta hesabla neçə faiz nişasta vardır?
A) 8,9;
B) 10,6;
C) 17,2;
D) 18,2.
4. Qidalanmada meyvə-tərəvəzlərin hansı hissəsindən istifadə olunmur?
A) Toxumlarından;
B) Kökündən;
C) Lət hissəsindən;
D) Şirəsindən.
5. Meyvə-tərəvəz xammalının hansı göstəricisi vacib keyfiyyət göstəricisi sayılır?
A) Quru maddələrin miqdarı;
B) Boyaq maddələrinin miqdarı;
C) Karbohidratların miqdarı;
D) Vitaminlərin miqdarı.
6. Təbii tərəvəz konservlərini istifadə etməzdən qabaq hansı əməliyyata məruz qoymaq
lazım gəlir?
A) Soyutmaq;
B) Qızdırmaq;
C) Filtrləmək;
D) Bişirmək.