Yemək reseptləri üçün istifadə olunan ölçü vahidlərini araşdırın;
Xronoloji qaydada təşkil edilmiş resept tərtib edin;
Funksional inqrediyentlərə qoyulan tələbləri araşdırın;
Tərkibində daha çox funksional inqrediyentlərin (komponentlərin) olduğu qidaları araşdırın və yoldaşlarınızla müzakirə edin;
Mətbəx sahəsində qida istehsalı ilə məşğul olan işçi heyətinin keyfiyyətli və təhlükəsiz qidanın ərsəyə gətirilməsi üçün qida istehsalı sahəsində gördüyü işləri araşdırın;
Qida məhsulları, qablaşdırma materialları və kimyəvi maddələrin saxlanılması şəraitlərini araşdırın;
Qidada mümkün təhlükələrin analizinin məqsədi haqqında məlumat toplayın;
Bitki inqrediyentlərinin çörək-bulka məmulatlarının keyfiyyətinə təsirini araşdırın və yoldaşlarınızla müzakirə edin;
Dəqiq nisbətlərə ehtiyacı olan və yuvarlaqlaşdırılması lazım olan resept tərtib edin;
Yemək miqdarını azaltmaq üçün ölçülər haqqında məlumat toplayın;
Təkrar istifadə oluna biləcək qalıqların saxlanması zamanı yol verilə biləcək səhvləri araşdırın;
Təkrar emalla əldə edilən qidadakı fərqli xüsusiyyətləri araşdırın.