- Reseptə uyğun olaraq sousların hazırlanmasında nəzərə alınan vacib şərtləri qruplaşdırın
|
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin;
- Gigiyenik qaydalara əməl etməyi unutmayın;
- Hər bir sousun yeməyə dad verməsi ilə yanaşı, eyni zamanda onun çatışmazlığını gizlətməsini diqqətdə saxlayın;
- İstənilən sousun tərkibində qoxu və xüsusi dadlar yaradan məhsulların yer almasını nəzərdə saxlayın;
- Sousların mayeliyi və kalorisinin artırmasını diqqətdə saxlayın;
- Tərkibində kərə yağı, xama və yumurta olan sousların kulinar məmulatlarının kalorisini artırdığını unutmayın;
- Qırmızı sousun vetçina, böyrək, sosiska və qovrulmuş döymə kotletin hazırlanması üçün tətbiq edildiyini diqqətdə saxlayın;
- Xamalı sousların müxtəlif tərəvəz, balıq və ət xörəklərinin yanında süfrəyə verilməsini diqqətdə saxlayın.
|
- Funksional inqrediyentli alkoqolsuz içkiləri şərti olaraq kateqoriyalara bölün
|
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin;
- Gigiyenik qaydalara əməl etməyi unutmayın;
- Alkoqolsuz içkilərin tərkibindəki qidalılıq dəyərini diqqətdə saxlayın;
- Alkoqolsuz içkilərin tərkibi, xüsusiyyətləri və alınma texnologiyalarını nəzərdə saxlayın;
- Mineral sular (müalicəvi və müalicəvi-süfrə), şirələr və kvasların tərkibində xeyli miqdarda funksional inqrediyent və ya inqrediyentlər qrupunun olmasını nəzərdə saxlayın;
- Zənginləşdirilmiş sərinləşdirici, qazlaşdırılmış və qazlaşdırılmamış içkilərin tərkibinə funksional inqrediyentlərinin daxil edildiyini unutmayın;
- Alkoqolsuz içkilərin funksional inqrediyentlərinə makro və mikro elementlər, qida lifləri, üzvi turşular, fenol və digər birləşmələrinə aid olduğunu diqqətdə saxlayın;
- Mineral sularda funksional inqrediyentlərin miqdarının yüksək olmasına görə onların funksional içkilər sırasına daxil edilməməsini unutmayın;
|