Normalara uyğun olaraq inqrediyentlərin birləşdirilməsi
Yalnız bir inqrediyentdən ibarət olan məhsullar istisna olunmaqla, bütün digər məhsullar üçün inqrediyentlərin siyahısı göstərilməlidir.
Siyahıdan əvvəl “Tərkibi” başlığı qeyd edilməlidir. İnqrediyentlər istehsal zamanı kütlə payının azalması ardıcıllığı ilə sıralanır.
Əgər istifadə edilən inqrediyentin tərkibinə iki və ya daha çox inqrediyent daxildirsə, belə mürəkkəb inqrediyentin öz adı altında inqrediyentlər siyahısı qeyd edilməlidir (Şəkil 2.1) Bu halda belə mürəkkəb inqrediyentin bilavasitə adından sonra mötərizədə onun tərkib hissəsi olan inqrediyentlərin siyahısı azalma qaydası ilə proporsiyaya uyğun olaraq göstərilir.
Hazır qida məhsulunda mürəkkəb inqrediyentin kütlə payı 2%-dən az olduqda onun tərkibinə daxil olunan inqrediyentlər sadalanmır. Aşağıdakı məhsullar inqrediyent kimi qəbul edilmir:
Qida sənayesində qidalanmanın ənənəvi məhsullarının istehsalında bitki xammalından əsas inqrediyent kimi (çörək və şirniyyat məmulatları, spirt, şərablar, şirələr və s.) istifadə edilir (Şəkil 2.2 və Şəkil 2.3).