Yeməyin hazırlanması
Azkalorili ət məhsullarının istehsalında tərəvəz əlavələrindən istifadə olunur ki, bunlar da
öz geniş tətbiqini tapmamışdır. Ət qiyməsini bərabər miqdarda tərəvəz komponentləri ilə əvəz
etdikdə məhsulun kaloriliyi 5-6 dəfə azalır. Tərəvəz əlavələri və onların qarışıqlarının
tətbiq edilməsi əsas xammala qənaət etmək və məhsulun keyfiyyətini (həzmini) yaxşılaşdırmağa
imkan verir (Şəkil 2.9).
Kolbasa məmulatlarının istehsalında yüksək bioloji dəyərə və funksional xassələrə malik süd
zülallarından geniş istifadə olunur.
|
Şəkil 2.9. Tərəvəz əlavələri
|
2.2. Reseptə, sifarişə, bişirmə və təhlükəsizlik qaydalarına və sanitariya-gigiyena
normalarına uyğun olaraq bişirmə üsullarını tətbiq edir (əhatə olunanlar: qaynatma, dəmləmə, buxarda
bişirmə, sobada bişirmə, qızartma, qovurma, qril və közdə bişirmə)
Bişirmə üsullarının tətbiqi
Yemək bişirmək bir sənətdir. Bu sənətin də müxtəlif növləri vardır. Deyək ki, bişirmə üsullarını bilsələr
də, bəzən yemək bişirmə prosesində səhvlərə də yol verilir.
Yemək bişirəndə yol verilən səhvlər sağlam və ləzzətli yeməklər yeməyə mane ola bilər.
Qaynatma üsulu ilə yemək bişirmək
Qaynatma üsulu ilə yemək bişirmək ərzaqların suda qaynama dərəcəsinə gətirilərək bişirilməsidir. Qaynatma
suyu su, ət, toyuq suyu və ya süd ola bilər. Burada 2 nüansa diqqət etmək lazımdır:
- Ərzaqlar qaynar suya əlavə olunur və təkrar qaynama nöqtəsinə gətirilir və bişməyə davam edilir.
- Ərzaqlar soyuq suya əlavə edilir, qaynadılır və daha sonra suyu azaldılır və bişməyə davam edilir.
Ən təsirli və dadı gözəl olan üsullardan biri qaynatmadır. Ətin qida dəyəri və dadını
itirməməsi üçün çox təsirli bişirmə növüdür. Qaynatma digər bişirmə üsullarına nisbətən daha
asan həzm olunur. Ət qazanda qaynamış suya əlavə edilir və zəif odda bir müddət qaynadılır.
İstiliyin çox yüksək olmamasına diqqət edilir, əks halda, ət bərkiyər. Zövqə görə içinə kök,
kartof və soğan kimi sevilən tərəvəz və ədviyyatlar əlavə etmək olar.
Qaynatma üsulu ilə bişirməyin müsbət cəhəti ərzaqların qoxusunun qorunması və həzmin
asanlaşdırılması və qida dəyərlərinin saxlanması baxımından güvənilən olmasıdır (Şəkil
2.10).
|
Şəkil 2.10. Qaynatma üsulu ilə yemək bişirmək
|