İnqrediyentlərin emal edilməsi
Sərbəst iş üçün tapşırıqlar
Mürəkkəb inqrediyentin tərkib hissəsi olan inqrediyentləri araşdırın;
Süd, süd inqrediyentləri və ya mürəkkəb tərkibli xammaldan hazırlanmış məhsulları araşdırın və yoldaşlarınızla müzakirə edin;
Qaynatma üsulu ilə yemək bişirmənin digər bişirmə üsullarının fərqli cəhətlərini araşdırın;
Yeməyi bişirdikdə yeməyi ədviyyatlarla ləzzətləndirməyin məqsədi haqqında məlumat toplayın;
Yeməklərin içinə tərəvəz əlavə etməyin yollarını araşdırın;
Yemək bişirərkən həm şirin, həm də duzlu inqrediyentləri eyni vaxtda seçməyi araşdırın və yoldaşlarınızla müzakirə edin;
Nümunə dequstasiyasının aparılmasını tərtib edin;
Dequstasiya otağında olan avadanlıqları araşdırın;
Duru xörəklərə daxil olunan qarnirləri araşdırın;
Qidalanmada sousların rolu və əhəmiyyəti haqqında məlumat toplayın;
İlk mayalı xəmirin hazırlanmasını tərtib edin;
Xəmirin yayılması üçün təklif edilmiş maşını araşdırın və yoldaşlarınızla müzakirə edin;
Yemək müəssisələrində aşpazların işini asanlaşdıran mexanizmlər haqqında məlumat toplayın;
Qida qəbulu rejiminə əməl olunması qaydalarını araşdırın