Yeməyin hazırlanması
|
Təlim nəticələrinin qiymətləndirilməsi |
I. Nəzəri biliklərin qiymətləndirilməsi
1. Test
1. Çörəkbişirmədə istifadə olunan əsas xammallar hansıdır?
A) Süd, yağ, duz, maya;
B) Un, su, maya,duz;
C) Su, un, süd, yağ;
D) Maya, duz, şəkər, kişmiş.
2. Çörəkbişirmədə istifadə olunan əlavə xammallar hansıdır?
A) Süd, yağ, un, su, yumurta, xaş-xaş;
B) Şəkər, yağ, maya, duz, yumurta, su;
C) Yağ, şəkər, süd, yumurta, xaş-xaş;
D) Yumurta, yağ, duz, su, maya, un.
3. Çörəkbişirmədə, əsasən hansı mayalardan istifadə olunur?
A) Sıxılmış, duru və quru;
B) Quru, bakterial və sıxılmamış;
C) Sıxılmamış, bakterial və qurudulmuş;
D) Duru, bakterial və tozvari.
4. Xəmirdə xörək duzunun rolu nədən ibarətdir?
A) Xəmirin şişməsi və qidalılıq dəyərini artırır;
B) Xəmirin fermentativ fəaliyyəti və dadını artırır;
C) Xəmirin qıcqırması və konsistensiyasını yaxşılaşdırır;
D) Xəmirin konsistensiyası və dadını yaxşılaşdırır.
5. Xəmirdə şəkər tozunun rolu nədən ibarətdir?
A) Xəmirin şişməsi və qaz əmələ gətirmə qabiliyyətini yaxşılaşdırır;
B) Xəmirin şişməsi və qidalılıq dəyərini artırır;
C) Qidalılıq dəyərini artırır və dadını yaxşılaşdırır;
D) Xəmirin qaz əmələ gətirmə qabiliyyəti və konsistensiyasını yaxşılaşdırır.
6. Mayanın qıcqırma gücü xəmirin hansı keyfiyyət göstəricisini xarakterizə edir?
A) Xəmirin yumşaltmaq qabiliyyətini;
B) Xəmirin qıcqırma qabiliyyətini;
C) Xəmirin feromentativ qabiliyyətini;
D) Xəmirin qaz əmələ gətirmə qabiliyyətini.