Aşpaz
|
Təlim nəticələrinin qiymətləndirilməsi |
I. Nəzəri biliklərin qiymətləndirilməsi
1. Test
1. Bunlardan hansı tomat tərəvəzlərinə aiddir?
A) Xiyar;
B) Badımcan;
C) Ağ turp;
D) Çuğundur.
2. Mövsümi meyvələrdən biri olan qarpızın tərkibində neçə %-ə qədər su mövcuddur?
A) 63%;
B) 73%;
C) 83%;
D) 93%.
3. “Kələm və kartof ilə borş” yeməyinin hazırlanması zamanı kartof neçə dəqiqə qaynadılır?
A) 10-15 dəqiqə;
B) 30-40 dəqiqə;
C) 40-45 dəqiqə;
D) 45-50 dəqiqə.
4. "Günəbaxan" salatı üçün neçə qram şampinyon göbələyi götürülür?
A) 40 qram;
B) 50 qram;
C) 200 qram;
D) 500 qram.
5. Pomidor salatı hazırlanan zaman neçə qram pomidor nəzərdə tutulur?
A) 200 qram;
B) 300 qram;
C) 400 qram;
D) 500 qram.
6. Süddə arpa sıyığı hazırlandıqda hazırlanmış yeməyə dadına görə kərə yağı, kişmiş, qoz-fındıq və aşağıdakılardan hansı əlavə edilmir?
A) Kərə yağı;
B) Süd;
C) Kişmiş;
D) Qoz-fındıq.