Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
1. Menyuda yemək və içkiləri kateqoriyalara bölün |
- Qonaqların ehtiyaclarına uyğun olaraq vegeterian məhsulları menyuya daxil etməyi unutmayın;
- Qonaqlara təsir edə biləcək bəzi sağlam və meyvəli içki seçimlərini əlavə edin.
|
2. Menyunun dizaynını hazırlayın |
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin;
- Ən çox satılan qida maddələrini müştərilərin diqqətini cəlb etmək üçün öndə yerləşdirin;
- Fərqli hazırlanmış yeməyi menyuda daha cəlbedici göstərin;
- Şriftin aydın və oxunaqlı olmasını diqqətdə saxlayın.
|
3. Restoran menyusu üçün düzgün şrifti uyğunlaşdırın |
- Hər yaşda olan şəxsin oxumağı üçün istifadə təlimatına uyğun menyunun yazılışını asanlaşdırın;
- Restoran menyu dizaynı restoranın konsepsiyasına, yerləşdiyi yerə və mövzuya uyğun olmalıdır;
- Menyu şrifti və rəng sxemi istifadə təlimatına uyğun restoran mövzusunu əks etdirməlidir;
- Oxunması çətin və ya çox kiçik bir şrift seçməkdən çəkinin;
- İdman barı və ya digər hər hansı restoranda daha az rəsmi və ya oynaq bir şrift ola bilər;
- Əsas mətn üçün istifadə olunan şrifti müəssisənin ümumi üslubuna uyğunlaşdırın.
|
4. 60 nəfərlik balanslı menyu tərtib edin |
- Yaşlı insanlar və pəhriz yeməkləri yeyənlərin yeməyini istifadə təlimatında olan göstəricilərə uyğunlaşdırın;
- Yaxşı bir masa üçün adam başına 1200 qram ərzağın istifadəsini nəzərdə saxlayın;
- Doğru qiymət nöqtəsi yaradaraq istifadə təlimatına uyğun xərclərin aşağı salınması və satışını nəzərdə saxlayın;
- 60 nəfərlik bir nümunə toy menyusu fərqli ola bilər. Uşaqlar varsa, onda istifadə təlimatına uyğun şirin yeməklərin olmasına diqqət edin (şirniyyatlar, şirələr, şokolad və digər yeməklər).
|