İaşə xidməti işçilərinin fəaliyyətinin planlaşdırılması
Sərbəst iş üçün tapşırıqlar
İctimai iaşə sahəsində göstərilən xidmətləri araşdırın;
Yeməkxanalarda xidmətin tezləşdirilməsini təmin edən ən rasional formanı araşdırın və müzakirə edin;
Furşet masasında göstərilən xidmət ilə keytrinq furşet masasında göstərilən xidmətin fərqi haqqında məlumat toplayın;
İaşə müəssisələrinin xidmət heyəti qarşısında qoyulan əsas tələbləri araşdırın;
İctimai iaşə obyektlərində əsas sanitariya və epidemioloji tələblərin pozulması hallarını tərtib edin;
İaşə obyekti mətbəxinin daxili əməliyyatlara dair təlimatlarını tərtib edin;
Furşet masasının digər ziyafət formatlarından fərqli cəhətlərini araşdırın;
İaşə müəssisələrində müşavirə iştirakçılarının qidalanmaları və xidməti üzrə göstərilən qulluq növlərini müzakirə edin;
İaşə müəssisələrində icraçının istehlakçıya pullu əlavə xidmətləri araşdırın və yoldaşlarınızla müzakirə edin;
Səyyar yeməkxanaları digər yeməkxanalardan fərqləndirən cəhətləri araşdırın.