İaşə xidməti işçilərinin fəaliyyətinin planlaşdırılması
İşdə sanitar-gigiyena şəraitinin yaxşılaşdırılması
İşləmək qabiliyyətinə temperatur, hava hərəkətinin rütubətliliyi və sürəti, səs, mexanizmlərin vibrasiyası, zalların işıqlandırılması, hava mühitinin çirklənməsi, istilik şüalanması və sanitariya-məişət otaqları və qurğularının mövcudluğu təsir edir.
Böyük fiziki məsrəflər tələb edən ofisiantların işi zamanı havanın hərəkət sürəti 0,3-0,5 m/s, temperaturun 16-18ºC və nisbi rütubətin 60-80% olması daha münasibdir (Şəkil 2.19). Normal temperatur və hava dövriyyəsinin təmini üçün bütün müəssisələri ventilyasiya qurğuları ilə təchiz edir, restoranların zalları üçün isə havanın kondisionlaşdırılmasını (təzələnməsini) nəzərdə tutur. Müəssisələrdə quraşdırılan ventilyasiya avadanlıqları səssiz olmalı, havanı təmizləməli və normal temperatur yaratmalıdır.
|
Şəkil 2.19. Ofisiantlar üçün havanın temperaturunun uyğunlaşdırılması
|
Səsin azalması üçün səsudma və səs izolyasiyası üzrə tədbirlər işlənir. Bu məqsədlə zallarda asma tavanlar quraşdırırlar.
Qab-qacaq və ləvazimatların alınma və xidmət üçün hazırlanma qaydaları
İaşə müəssisələrində qab-qacaq, ləvazimatlar və süfrə ağlarının qorunub saxlanması üçün 2 formada cavabdehlik tətbiq olunur:
- Fərdi;
- Briqada məsuliyyəti.
Fərdi forma hər bir işçinin şəxsi məsuliyyətini nəzərdə tutur. Bu zaman ofisiantlar imzalanmış qəbz və cədvəllərə əsasən serviz və ağlar yerləşən otaqlardan qab-qacaqlar, ləvazimatlar və süfrə ağlarını alırlar.
Briqada məsuliyyəti (cavabdehliyi) zamanı metrdotel, ofisiantların briqadiri və yaxud baş ofisiant imzalanmış qəbz və cədvəllərə əsasən qab-qacaqlar, ləvazimatlar və süfrə ağlarını alır.
Qab-qacaqlar, ləvazimatlar və ağların alınması zamanı onların keyfiyyətinə diqqət yetirilir. Qab-qacaq yarıqsız və çatsız, ləvazimatlar deformasiyasız, süfrələr, salfetlər və əl dəsmalları təmiz, nişastalanmış və ütülənmiş olmalıdır (Şəkil 2.20).
|
Şəkil 2.20. Ləvazimatların keyfiyyətli təşkili
|
2.3. Ehtiyaca uyğun məhsulların tədarükünə nəzarət edir
Məhsulların tədarükünə nəzarət
Xammalın tədarükündə keyfiyyət və məhsulun standartlaşdırılmasının olmaması səbəbindən istehsal problemləri müşahidə olunur.