İş növbəsini təhvil vermək üçün təhvil veriləcək işlərin siyahısı
Müəssisənin iş rejiminin uçotu ilə işçilərin iş rejimi aşağıdakı kimi ola bilər:
Lazım olarsa, istisna kimi iş günü hissələrə bölünə və yaxud natamam ola bilər. Bu hallarda fasiləli qrafiklər və yaxud iş gününün natamam qrafikləri tərtib olunur.
Fasiləli iş günü qrafiki zamanı bir neçə saatlıq fasilə təyin olunur.
Natamam iş gününün qrafikindən işçilər (ofisiantlar, qabyuyanlar, xadimələr və s.) natamam iş gününə qəbul olunan zaman istifadə olunur.
Qrafiklər növbəti məzuniyyətlər, təhsil məzuniyyətləri və sairə nəzərə alınaraq bir ay üçün tərtib olunur və onların qüvvəyə minməsinə iki həftə qalmış, müəssisənin əvvəlki iş rejiminin saxlanması zamanı isə 3 gün qalmış işçilər məlumatlandırılır.
Ay ərzində iş qrafiklərinin dəyişdirilməsinə istehsal zəruriliyi ilə əlaqədar olan hallarda icazə verilir. İş vaxtının uçotu gündə hər bir işçinin faktiki iş vaxtı göstərilməklə tabeldə aparılır.
Menyunu restoran, bar və kafenin spesifikliyini nəzərə çarpdıran müəssisə emblemi bəzəməlidir. Açılmış menyunun sağ yuxarı hissəsində müəssisənin işi haqqında qısa məlumatın verilməsi məqsədəuyğundur. Firma yeməkləri, qəlyanaltılar və içkilər haqqında məlumatı qonaqların diqqətini cəlb etmək üçün hərdən müvafiq şəkillərlə bu və ya digər maraqlı tarixi məlumat ilə əlaqələndirmək olar. Hər bir iş növbəsində menyu qovluqlarının sayı ofisiantların sayına uyğun olmalıdır.
Serviz otağı – ofisiantlara verilən çini, şüşə və metaldan hazırlanan xörək qabları və xörək ləvazimatlarının saxlanma yeridir. O, xörək qablarının yuyulma yeri ilə yanaşı olmalıdır, bu da qab və ləvazimatların yığılması, verilməsinin rahatlığı və onların saxlanmasını təmin edir.