İaşə xidməti işçilərinin fəaliyyətinin peşəkar keyfiyyətlərinin təşkili haqqında qrup şəklində araşdırın;
İaşə sistemində xidmətin təşkilinin əsas prinsipləri haqqında məlumat toplayın;
Məhsulların tədarükünə nəzarət edilməsi zamanı tədarük zəncirinin mərhələlərini uyğunlaşdırın;
İctimai iaşə sektorunun qarşılaşdığı problemləri ayırd edin;
İaşə xidməti işçilərinin müəssisədaxili prosedurlara uyğun olaraq iş rejimini araşdırın;
Beynəlxalq xidmət növlərini, müasir texnologiyaları, forma və üsulları nəzərə alınmaqla müxtəlif iaşə müəssisələrində istehlakçılara xidmətin təşkil edilməsini müzakirə edin;
İaşə sistemi müəssisələrində xidmətin təşkilinin özünəməxsus prinsiplərini araşdırın və yoldaşlarınızla müzakirə edin;
İaşə müəssisələrinin zalında yerləşən salat barlar haqqında məlumat toplayın;
İctimai iaşə sektorunun müxtəlif növlər üzrə təsnifləşdirilməsində yaranan problemləri araşdırın;
Qonağın xidməti zamanı ofisiant köməkçisinin masada göstərdiyi xidməti araşdırın.