- Qarışıq banketin keçirilməsi zamanı iaşə xidməti işçilərinin fəaliyyətini tərtib edin
|
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin;
- Gigiyenik qaydalara əməl etməyi unutmayın;
- Qarışıq (kombinasiyalı) banketin eyni vaxtda təşkil olunan, özündə 2-3 banketin əlamətlərini əks etdirən banket növü olmasını diqqətdə saxlayın;
- Belə banketlərin konfranslar, müşavirələr, simpoziumlar, festivallar, müxtəlif şirkətlərin prezentasiyaları, beynəlxalq yarmarkaların iştirakçıları üçün keçirilməsini nəzərdə saxlayın;
- Qarışıq banketin eyni zamanda bir neçə zalda keçirilməsini unutmayın;
- Qarışıq banketlərin gündüzlər və axşam vaxtlarında təşkil edilməsini diqqətdə saxlayın;
- Qarışıq banketlərin 2-3 saat müddətində keçirilməsini nəzərdə saxlayın;
- Müxtəlif zallarda qarışıq banketlərin keçirilməsi zamanı, müxtəlif işıqlandırma növlərindən istifadə edilməsini unutmayın.
|
- Əlverişli iaşə müəssisələrinin geniş şəbəkəsinin formalaşmasının təşkilinin əsas prinsiplərini kateqoriyalara bölün
|
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin;
- Gigiyenik qaydalara əməl etməyi unutmayın;
- Müəssisələrin formalaşmasının komfortluq səviyyəsindən, xidmət keyfiyyətindən və xidmətlər dəstinin differensiyasiyasından asılı olaraq həyata keçirilməsini diqqətdə saxlayın;
- Bir sıra müəssisələrdə müasir texnologiyaların, avadanlıqlar və xidmətin təşkilinin həyata keçirilməsini nəzərdə saxlayın;
- Yeməyin bir neçə dəqiqə ərzində bişirilməsini və zalın yüksək buraxma qabiliyyətini təmin etməsini unutmayın;
- Yüksələn rəqabət şəraitində kütləvi xidmət texnologiyasının böyük inkişaf tapmasını diqqətdə saxlayın;
- Yüksək olmayan qiymətlərlə, sadə məhsul çeşidi ilə istehlakçılara tez bir zamanda xidmət göstərilməsini nəzərdə saxlayın;
- Dünyada yayılmış tez qidalanma sistemlərinin tətbiqi ilə yanaşı, ancaq Azərbaycan bazarına məxsus olan sistemləri diqqətdə saxlayın.
|