Mətbəx ləvazimatlarının müəyyən edilməsi
Qida istehsalının hər bir sahəsində, o cümlədən iaşə müəssisələrində tətbiq olunan texnoloji avadanlıqlar olduqca müxtəlifdir. Bu avadanlıqları eyni olan bir sıra əlamətlərinə görə aşağıdakı kimi təsnifləşdimək olar:
Məhsula təsirin xarakterinə görə bütün texnoloji avadanlıqları iki qrupa bölmək olar: maşın və aparatlar.
Maşınlarda məhsul mexaniki təsirə məruz qalır. Bu zaman məhsul özünün əvvəlki formasını, ölçülərini, bircinsliliyini, özlülüyünü və sair kimi oxşar parametrlərini dəyişir. Aparatlarda isə məhsul istilik, kimyəvi, elektrik və sair təsirlərin nəticəsində fiziki-kimyəvi, bioloji xassələri, həmçinin onun aqreqat tərkibi dəyişir.
Maşınlar işçi tsiklin quruluşuna görə iki əsas qrupa ayrılırlar:
a) fasiləli işləyən maşınlar;
b) fasiləsiz işləyən maşınlar.
Fasiləli işləyən maşınlarda emal olunacaq məhsul müəyyən edilmiş müddət ərzində təsirə məruz qalır və həmin müddət başa çatdıqda hazır məhsul maşından xaric edilir. Bundan sonra texnoloji proses yenidən dövrü olaraq təkrar edilir. Belə maşınlarda işlək üzvlərin iş rejimi tsikli ərzində fasiləsiz olaraq dəyişir və bu qrup maşınlar I sinifə aid edilir. Emal müəssisələrində I sinifə daxil olan maşınlara kartoftəmizləyən, xəmiryoğuran, çalma və s. maşınları misal göstərmək olar.
Fasiləsiz işləyən maşınlar öz növbəsində II, III, IV siniflərinə ayırmaqla, emal olunan məhsulun həmin sinif maşınlarına verilməsi və hazır məhsulun boşaldılması eyni vaxtda baş verir. Bu maşınların işlək üzvləri sabit iş şəraitində işləyir.
Avtomatlaşdırma dərəcəsinə görə texnoloji maşınlar üç qrupa bölünürlər:
a) avtomatlaşdırılmamış maşınlar;
b) yarımavtomatlaşdırılmış maşınlar;
c) avtomatlaşdırılmış maşınlar.
Avtomatlaşdırılmamış maşınlarda məhsulun işlək kameraya verilməsi, emal olunmuş məhsulun maşından xaric edilmiş, məhsulun hazırlanma keyfiyyətinə nəzarət və bir neçə texnoloji əməliyyatlar maşına qulluq edən heyət tərəfindən həyata keçirilir.
Yarımavtomatlaşdırılmış maşınlarda əsas texnoloji proseslər maşınla görüldüyü halda, əl ilə yalnız köməkçi əməliyyatlar yerinə yetirilir.