Sektor modulu üzrə təlim materialı
Sərbəst iş üçün tapşırıqlar
Mətbəxdə istifadə olunan təmizləmə avadanlıqlarının təyinatını araşdırın;
Müasir qabyuma maşınlarında qabların yuyulmasında ardıcıl aparılan əməliyyatları araşdırın və müzakirə edin;
Kalibrləmə və çeşidləmə maşınlarının texnoloji təyinatını araşdırın;
Bişmiş məhsulları xırdalayan maşınların istismar qaydası haqqında məlumat toplayın;
Mətbəx sahələrində işçi heyətin şəxsi gigiyenası və sanitar normalara uyğun iş sahəsinin təşkili üçün tətbiq olunmalı işləri tərtib edin;
Qida istehsal edən mətbəxlərdə daxili sanitar qaydaları təmin etmək üçün iş sahəsində yerinə yetirilən tələbləri araşdırın;
Yeməkxana qabları və alətləri hazırlamaq üçün yalnız yararlı hesab edilən materialları araşdırın;
Qida məhsullarının hazırlanması üçün istifadə edilən elektrik avadanlıqlarını araşdırın;
Doğrama taxtaları və kiçik taxta hissələri olan qaşıqların yuyulması zamanı aparılan əməliyyatları araşdırın və yoldaşlarınızla müzakirə edin;
Mətbəxdə qida hazırlanan zaman riayət edilməli qaydaları araşdırın.