Sanitariya norma və qaydaları
İş prosesinə təhlükəli və zərərli istehsal amilləri təsir edə bilər. Texnoloji proseslərin tələblərinə riayət etməklə bu amilləri zəiflətmək və ya tamamilə aradan qaldırmaq olar.
Yel, su buxarı, un tozu, yağın və şirniyyat məmulatlarının bişməsi vaxtı yaranan termik ayrılma məhsulları mənfi mikroiqlim şəraiti şərtləndirən amillərdir. Havada zərərli qazlar, buxar və tozun yolverilən konsentrasiyasının son həddi və uzunsürən təsir vaxtı insan orqanizminin qeyri-normal dəyişiklikliyinə səbəb olmayan həddir. Gigiyenanın əsas məsələsi insanların xəstəliklərinin qarşısının alınması və onların sağlamlığının qorunub saxlanması və iş qabiliyyətinin möhkəmləndirilməsi, sanitariyanın baçlıca vəzifəsi isə əhalinin əmək və məişət şəraitinin yaxşılaşdırılmasıdır.
Bilmək lazımdır ki, xammalın təbiəti (tərkibi) kremlərin yüksək rütubəti ilə birlikdə mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit yaradır. Xəstəlik törədən mikroorqanizmlər (qarın yatalağı, dizenteriya, qızılı stafilokok mikrobları), həmçinin kremlərin xarab olması və turşumasına şərait yaradan mikroblar kremə düşərək, orada uzun müddət ərzində yaxşı qalır və optimal temperatur yarandığı zaman tez bir müddətdə çoxalırlar.
Nəzərə alınmalıdır ki, bəzi mikroorqanizmlər kremə xammal vasitəsi ilə düşə bilər. Buna səbəb, həmçinin inventar, avadanlıq, hava, bilavasitə işçilər və ya xidməti personal ola bilər. Buna görə şəxsi və istehsalat gigiyenasının, texnoloji prosesin qaydalarına, hazır kremlərin temperatur rejiminə və istifadə müddətlərinə riayət etmək lazımdır.
Yadda saxlayın ki, kremi yalnız birdəfəlik ehtiyac üçün hazırlamaq olar; kremi növbəti dəfəyə saxlamaq qadağandır; bütün krem qalıqlarını un məmulatlarının yüksək temperaturda bişirilməsi üçün istifadə etmək lazımdır.
Kremli məmulatların hazırlanması üçün istifadə olunan iş masaları metal örtüyə malik olmalıdır. İşin sonunda masaları 10 dəqiqə ərzində 0,5%-li dehidratlaşdırılmış sodanın qaynar məhlulu ilə yaxşıca yuyub, 2% -li xlorlu əhəng məhlulu ilə silmək lazımdır. Sonra masaları temperaturu 600S-dən aşağı olmayan isti su ilə yumaq lazımdır.
Nəzərə alın ki, kremlərin hazırlanması və saxlanması üçün istifadə olunan metal qab-qacaq alüminiumdan və ya paslanmayan poladdan olmalıdır (yaxşı olar ki, qaynaq tikişləri olmasın, yəni ştamplanmış olsun).
Bilmək lazımdır ki, avadanlığın xammal, yarımfabrikatlar, kremlə bəzədilmiş məmulatlarla kontaktda olan iş səthi tamamilə hamar, çatsız, çıxıntısız və dəliksiz olmalıdır.
İnventarı xüsusi ayrılmış yerlərdə yumaq lazımdır. Bu yerlərin divarları kafel ilə üzlənmiş, tavanı ağ rəngli yağlı boya ilə rənglənmiş olmalıdır. Belə yerlər soyuq və isti su çəkilmiş iki və üç bölməli vannalarla təchiz edilir. Vannaların üstündə yığılan buxar sorucu vasitəsilə çıxarılmalıdır.
Sexin inventarı və tarası (çən, qazan, tabaqlar, vedrələr və s.) istifadə olunduqdan sonra 0,5%-li dehidratlaşdırılmış soda məhlulu ilə yağsızlaşdırılmalı və tüklü fırça vasitəsi ilə temperaturu 600S-dən aşağı olmayan isti suda yuyulmalıdır. Bundan sonra, qab-qacağ isti axar su ilə yaxalanıb qurudulmalıdır. Yuyulmuş qab-qacağ stellajlarda, üzü aşağı çevirilmiş halda saxlanmalıdır.