"Əməyin qorunması haqqında" Qanuna əsasən, bütün işçilər müəssisənin sahibkarı tərəfindən, bədbəxt hadisə və peşə xəstəliklərindən məcburi sığortalanmalıdırlar. Sığortanın qaydaları və şərtləri kollektiv müqavilə ilə təyin edilir. Müəssisənin sahibkarı zərərçəkmişin üzv olduğu həmkarlar ittifaqı təşkilatının nümayəndəsinin iştirakı ilə araşdırma və bədbəxt hadisələrin peşə xəstəliklərinin uçotunu aparmalıdır. Kəskin peşə xəstəlikləri, yanıqlar, elektrik cərəyanından zədə, qəzalar, yanğınlar və təbii fəlakətlər nəticəsində zədələr araşdırılmalıdır. İşçinin bir gündən az olmayan müddətə iş qabiliyyətini itirməsinə səbəb olmuş bədbəxt hadisə haqqında araşdırma komissiyası tərəfindən N-1 forması üzrə akt tərtib edilir. Komissiya müəssisənin sahibkarının əmri ilə təyin olunur və müəssisədə xüsusi jurnalda qeyd edilir. N-1 forması üzrə akt araşdırma materialları ilə birlikdə 45 il müddətinə müəssisədə saxlanılmalıdır.
Yanğın təhlükəsizlik qaydaları
Müəssisədə yanğınlar ən çox bu səbəblərdən yaranır: odla ehtiyatsız davranış, elektrik şəbəkələri və avadanlıqlarının nasazlığı, texnoloji proses və istismar qaydalarının pozulması və yerlərin təmizlənməsi vaxtı yanğın təhlükəsizliyi qaydaları və təmir işləri aparılarkən elektrik qaynağı və digər qaydalara riayət edilməməsi səbəbindən. Yalnız xüsusi olaraq ayrılmış yerlərdə ocaq qalamaq olar; açıq atəşin (odun) digər mənbələrindən ehtiyatla istifadə etmək lazımdır.
Yanğınlarla mübarizə tədbirləri kimi bunlar qeyd edilməlidir: istehsalatda intizam səviyyəsinin artımı, şirniyyat sexində yanğına qarşı rejimə ciddi riayət etmə və yanğın təhlükəsizliyi qaydalarının pozulma halının geniş aşkarlığı.
Müəssisələrdə yanğınlar elektrik avadanlığından düzgün istifadə etməməklə yanaşı, eyni zamanda iş vaxtı avadanlıq və çıraqların texniki istismarının uyğunsuzluqları nəticəsində yaranır (artıq yüklənmələr, qısa qapanmalar və izolyasiyanın zədələnməsindən qığılcımlanmalar). Yanğınlar və elektrik avadanlığı və şəbəkələrin nasazlıqlarının sayının azaldılması üçün energetika xidmətlərinin işinin keyfiyyətini yüksəltmək, yanğın mühafizəsinin istismar qaydalarına ciddi riayət edilməsinə nəzarəti gücləndirmək, həmçinin, vaxtaşırı elektrik təsərrüfatının vəziyyətinin ümumi məqsədyönlü yoxlamalarını həyata keçirmək lazımdır.
Yüksək mərtəbəli binalarda yerləşən müəssisələrin yanğına qarşı mühafizəsi üçün istilik və tüstünün yaranmasına reaksiya verən avtomatik yanğın detektorları geniş tətbiq edilir. ATİM tipli detektor 600C-dən yuxarı temperatura reaksiya verən termohəssas qurğudur. Müəssisələrdə ən çox yayılmış DTL tipli yanğın detektorudur.
Bu detektor içəridə +720C-dən yuxarı havanın temperatur vaxtı siqnalizasiya üçün nəzərdə tutulmuşdur. Detektor tez əriyən ərinti ilə lehimlənmiş iki elastik plastinkadan yaradılmış və tez əriyən qıfılı təşkil edir. Elastik elementlərin digər ucu plastik əsasda bərkidilmişdir və elektrik sıxmalarına qoşulmuşdur.
Temperaturun yüksəlməsi vaxtı lehimləmə əriyir, elastik plastinkalar dağılır və elektrik şəbəkə qırılır. Kİ-1 tipli yanğın detektoru ətraf mühitin temperaturun +500C-800C-yə qədər artım və ya tüstünün yaranmasına reaksiya verir. Böyük müəssisələrdə siqnalların optik və səsli təsbit etməsi ilə şüa sisteminin yanğın siqnalizasiyasının qəbul stansiyaları qurulur.