Sanitariya və təhlükəsizlik qaydaları
Sərbəst iş üçün tapşırıqlar
İstehsalatda yanğın təhlükəsizliyi qaydaları və yanğın xəbərdarlığı vasitələri barədə məlumat toplayın və yoldaşlarınızla müzakirə edin.
İstehsalatda qanaxmalarla yaralanmalar zamanı ilk yardım qaydaları haqqında məlumat toplayın.
Termiki yanıq zamanı ilkin tibbi yardımın göstərilməsi metodlarını araşdırın.
Bədbəxt hadisələrin baş verməməsi üçün şirniyyat sexinin işçilərinin istilik və mexaniki avadanlıqları öyrənmələri barədə araşdırma aparın.
Sınıqlar zamanı ilkin yardımın göstərilməsi haqqında tam olaraq məlumat toplayın və yoldaşlarınızla müzakirə edin.
"Əməyin qorunması haqqında" Qanunda nəzərdə tutulmuş iş yerində hər bir işçinin hüquqlarını araşdırın.