Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Yanıq xəsarəti zamanı ilkin tibbi yardım qaydalarının ardıcıl göstərin
|
- Neçənci dərəcəli yanıq olmağına əsasən ardıcıllığı göstərin;
- Yanıq yerinin su ilə isladılmamasına xüsusi diqqət edin.
|
- Avadanlıqlardan istifadə zamanı diqqət ediləcək təhlükəsizlik qaydalarının ardıcıllığını tərtib edin
|
- Avadanlığın elektriklə işləyib-işləmədiyini qeyd edin;
- Ocaqda olan avadanlıqla istifadənin qaydalarına xüsusi diqqət ayırın.
|
- Qaynadılan və soba üstü qazanlardan istifadə zamanı təhlükəsizlik qaydalarını praktiki göstərin.
|
- Elektrik enerjisi təminatının dayandırılmasına diqqət edin.
- Qazanın daxilində buxar olub-olmamasından əmin olun.
- Soba üstü qazanların qulplarının möhkəm bərkidilib-bərkidilməməsinə diqqət yetirin.
|
- Elektrik cərəyanı ilə zədələnmə zamanı ilkin tibbi yardımın tətbiqini göstərin.
|
- Elektrik qurğusunu söndürməyə diqqət yetrin.
- Elektrik qurğusunu söndürmək olmazsa, cərəyandan ayırmaq üçün taxta, dielektrik əlçəklərdən istifadəyə diqqət yetirin.
- Nəfəsi və nəbzi fasiləsiz izləməyə diqqət yetirin.
- Naşatır spirti iylətməyə diqqət yetirin.
|
- Qanaxma zamanı ilkin tibbi yardım göstərin.
|
- Yaralanmış əl və ayağın yuxarıda saxlanmağına diqqət yetirin.
- Qanaxma dayandısa, tampon qoymağa diqqət edin.
- Rezin hörmə və ya burma yoxdursa, burun dəsmalı və ya çiyin bağından istifadəyə diqqət yetirin.
|
- Sınıq zamanı ilkin tibbi yardımın tətbiqini göstərin.
|
- Sınıq və ya çıxığın əl ilə yoxlanmamasına diqqət yetirin.
- Əl-ayaq sınığında şin, faner və ya kartonla bərkidilməyə diqqət yetirin.
- Əgər şin yoxdursa zədələnmiş hissəni əl ilə tutmağa diqqət yetirin.
|