Sektor modulu üzrə təlim materialı
|
Təlim nəticələrinin qiymətləndirilməsi |
I. Nəzəri biliklərin qiymətləndirilməsi
1. Test
1. Qida insan orqanizmi üçün...:
A) İnsanın mövcudolma (yaşama) formasıdır;
B) Enerji mənbəyi və tikinti materiallarıdır;
C) Zülal, yağ və karbohidratlardır.
2. Su insan orqanizmində aşağıdakı rolu oynayır:
A) Hüceyrələrin yaşadığı və öz aralarında əlaqələr qurduqları mühitdir;
B) Enerji mənbəyidir;
C) İstilik requlyatoru (istiliyi tənzimləyən).
3. Suyun istehlak norması:
A) 3,0 litr;
B) 1,5 litr;
C) 2,5 litr.
4. Aşağıdakı ərzaq məhsulları kalsium duzları ilə zəngindir:
A) Ət, balıq, qaraciyər və kürü;
B) Dəniz məhsulları, yumurta, çörək, tərəvəzlər və paxlalı bitkilər;
C) Günəbaxan və soya yağları və heyvan piyləri (yağları).
5. Vitaminlər bölünür:
A) Su və yağda həll olanlar;
B) Doymuş və doymamışlar;
C) Dəyərli və dəyərsizlər (yararsızlar).
6. İnsanın mineral maddələrə olan gündəlik tələbatı:
A) 0,4-0,8 q;
B) 20-25 q;
C) 0,35-0,40 q.