Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- İnqrediyentlərin yeməyin tələblərinə cavab verməsi üçün aparılan əməliyyatları tərtib edin
|
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin;
- Gigiyenik qaydalara əməl etməyi unutmayın;
- Qida qəbulunu, yəni səhər, nahar və şam yeməyini şirin təamla yekunlaşdırmağı nəzərdə saxlayın;
- Keyfiyyətə verilən tələbləri, məhsul haqqında məlumatları diqqətdə saxlayın;
- Standartların tələblərinə cavab verməyən, zəruri sənədləri olmayan məhsulları siyahıya əlavə etməyin.
|
- İnqrediyent kimi qəbul edilməyən məhsulları qruplaşdırın
|
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin;
- Gigiyenik qaydalara əməl etməyi unutmayın;
- Bərpa edilmiş məhsulların tərkib hissəsi olduğu halların istisna olduğuna diqqət edin (bütün digər hallarda inqrediyent siyahısında qeyd edilməlidir);
- Məhsulun istehsalı zamanı müvəqqəti ayrılan sonradan yenidən məhsula daxil edilən komponentləri diqqətdə saxlayın;
- Qida məhsulunun bir və ya bir neçə inqrediyentinin tərkibinə daxil olmasını nəzərdə saxlayın.
|
- İnqrediyentlərin siyahısını proporsiyaya uyğunlaşdırın
|
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin;
- Gigiyenik qaydalara əməl etməyi unutmayın;
- Əsas inqrediyentin yeməyə təsirini diqqətdə saxlayın;
- Hazır qida məhsulunda mürəkkəb inqrediyentin kütlə payı 2%-dən az olmasına diqqət edin;
- Kütlə payı 2%-dən az olan inqrediyentlərin sadalanmamasına yol verilir.
|
- Yeməyin dadından asılı olan əsas prinsipləri qruplaşdırın
|
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin;
- Gigiyenik qaydalara əməl etməyi unutmayın;
- Reseptə ciddi şəkildə riayət edərək qeyri-adi bir sousu əlavə etməyi nəzərdə saxlayın;
- Reseptdə əlavə uzun emal tələb etməyən məhsulları seçin;
- Məhsullar üçün bəzi mürəkkəb reseptlərdə temperaturu normada tənzimləyin;
- Reseptdə ekvivalentlik prinsipindən istifadə edin (məsələn, əti göbələklə əvəz edin).
|