Sektor modulu üzrə təlim materialı
Sərbəst iş üçün tapşırıqlar
Qida infeksiyalarını bir-birindən ayırın;
Onların başvermə səbəbləri və mənbəyini araşdırın;
Orqanizmə bağırsaq qurdlarının düşməsi mənbələrini təyin edin;
Bağırsaq qurdları xəstəliyinin profilaktikası üzrə tədbirləri yerinə yetirin;
Kif göbələkləri hüceyrələrinin forması, çoxalma metodları və əhəmiyyətini təsvir edin;
Temperaturun mikroorqanizmlərin inkişafına necə təsir etdiyini araşdırın;
Kimyəvi maddələrin mikroorqanizmlərə zərərli təsirindən harada istifadə olunduğunu yoldaşlarınızla müzakirə edin;
Qida məhsullarının torpaqla çirkləndirilməsinin həyat üçün təhlükəsini araşdırın.