|
Təlim nəticələrinin qiymətləndirilməsi |
I. Nəzəri biliklərin qiymətləndirilməsi
1. Hansı bakteriyalar formalarından asılı olaraq bölünür:
A) Sarsinlər;
B) Kürəşəkillilər;
C) Spirallar;
D) Çubuqşəkillilər.
2. Yumru, oval və çubuqşəkilli formada birhüceyrəli və hərəkətsiz olan mikroblar şəkəri spirt və karbon qazına çevirir, bunlar...:
A) Bakteriyalar;
B) Viruslar;
C) Mayalar;
D) Kif.
3. Hansı mikroorqanizmlər qidalanma üsullarına görə bölünür?
A) Aerob;
B) Autotrof;
C) Anaerob;
D) Geterotrof.
4. Bakteriyaların inkişafı üçün ən aşağı olan rütubətlilik...:
A) 6%;
B) 15%;
C) 20%;
D) 25%.
5. Duz və şəkərin mikrobların inkişafına təsiri ətraf mühitin hansı amillərinə aiddir?
A) Fiziki;
B) Kimyəvi;
C) Bioloji;
D) Hamısı.
6. Çörəyin bişirilməsi zamanı xəmirmaya və xəmirdə mayalar və süd bakteriyaları arasındakı qarşılıqlı təsir əlaqəsi hansı münasibətlər tipinə aiddir?
A) Simbioz;
B) Metabioz;
C) Parazitizm;
D) Antaqonist.