Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Qida zəhərlənmələrinin səbəblərini müəyyən edin
|
- Avadanlıq, inventar və qab-qacaqların səliqəli yuyulması və dezinfeksiya edilməsinə diqqət edin;
- Toksiki infeksiyaların yaranma səbəblərinə diqqət edin;
- Ət və balıq yeməkləri, xüsusən də, kotlet yeməklərinin yaxşı bişirilməsi və qızardılmasına diqqət edin.
|
- Kimyəvi maddələrlə zəhərlənmələri qeyd edin
|
- Tərkibində qurğuşun olan qab-qacaqdan istifadə qaydasını diqqətdə saxlayın;
- Sinklənmiş qab-qacaqdan yalnız dənəvər məhsulların saxlanılması və ya su üçün istifadə edilməsini nəzərdə saxlayın;
- Mis qab-qacağın yemək hazırlanması üçün istifadəsinin qəti qadağan olduğunu diqqətdə saxlayın.
|
- İnəyin sağılması zamanı gigeyenik qaydalara əməl edilmədiyi zaman onda yaranan mikrobları qeyd edin
|
- İnəyi sağarkən sağma qaydalarına əməl edin;
- Südün miqdarına diqqət yetirin.
|