Pəhriz üçün yeməklərin çox hissəsi sürtkəcdən keçirilmiş halda qaynatma və buğda (buxarda) bişirilməklə hazırlanır.
Rasiondan qızartma yeməkləri, tərkibində çoxlu birləşdirici toxumalar olan ət məhsulları, donuz əti, kolbasa və sellülozla zəngin olan bitki məhsulları çıxarılır. Acı və kəskin yeməklər, qəlyanaltılar və ədviyyatlar, balıq və ət konservləri və açıq halda xalis üzlü südün istifadəsi məhdudlaşdırılır.
4 №-li pəhriz üçün yeməkləri qaynatma və qızartma yolu ilə hazırlanır.
7 №-li pəhriz üçün salatlar, meyvə və tərəvəz vineqretləri, pendir, yaxşı isladılmış siyənək balığı və pəhriz kolbasası qəlyanaltı kimi verilir. İçkilərdən - açıq çay və südlü qəhvə, şirələr və itburnu həlimindən istifadə edilir. Şirinlik – şəkərin çəkisi 100 qг.-dan çox olmamalıdır.
9 №-li pəhriz üçün yeməklər qaynatma və qızartma şəklində hazırlanır. Bəzi tərəvəzlər (kök və şalğam) isti emaldan qabaq doğranır və onların tərkibindən şəkərin kənar edilməsi üçün 24 saat ərzində soyuq suda isladılır.
Bu pəhriz üçün yemək normal duzlanır. Qidalanma rejimi bir gündə 5-6 dəfə, sərbəst maye qəbulu isə 1,5 litr olmalıdır.
Yemək kərə yağı və əridilmiş yağda (donuz piyində qəti olmaz) hazırlanır. 15 №-li pəhrizin menyusuna qoyun, yağlı donuz, qaz və ördək ətlərindən olan yeməklər daxil edilmir.
Yeməyə duz normal miqdarda əlavə edilir. Qidalanma rejimi bir gündə 4 dəfə, sərbəst maye qəbulu isə 1,5-2 litr olmalıdır.
Qida rasionu – gün ərzində istifadə edilən qida ərzaqlarının tərkib və miqdarıdır.
Pəhriz qidalanması təşkil olunan ictimai-iaşə müəssisələri pəhriz yeməkxanaları adlandırılır.
Müalicəvi qidalanma balanslaşdırılmış və mükəmməl olmalıdır. Bu qidalanmanın təşkili zamanı xəstəliyin xüsusiyyəti nəzərə alınır. Xəstələr üçün qidanın hazırlanması müəyyən xüsusiyyətlərə malik səmərəli texnologiya qaydalarına əsasən həyata keçirilir. Bu o deməkdir ki, hər pəhrizə gündəlik qida rejimini təmin etmək üçün xüsusi ərzaq yığımı seçilir. Həmçinin, şəkər və ekstraktiv (ekstaksiya yolu ilə hasil edilmiş) və digər maddələrin tərkibini azaldan və duz və ədviyyatları məhdudlaşdıran xüsusi üsullardan istifadə edilir. Çox hallarda pəhrizlərə kəskin sous, şirə və ədviyyatlar daxil edilmir.
Unutmayın ki, mədə və bağırsaqların bəzi xəstəliklərinin müalicəsi zamanı düzgün təşkil olunmuş qidalanmanın digər terapevt (terapiya) tədbirləri qarşısında əhəmiyyətli üstünlüyü vardır. Kimyəvi və mexaniki qıcıqlandırıcıların kəmiyyət və keyfiyyətinin dəyişdirilməsi və yeməklərin temperaturu onların funksiyalarına təsir göstərir. Həmçinin, rasiona hansı qida maddələrinin daxil edilməsindən asılı olaraq eyni dərmanlar cürbəcür təsir edir.
Orqanizmə daxil olunan qidanın miqdarı və onun qəbulu tezliyi həzm orqanlarına daxil olunan və həzm zamanı digər orqanlardan axıb gedən qanın miqdarı və son məhsulların sorulmasına təsir göstərir. Bu, ürək-damar sisteminin müalicəsi zamanı nəzərə alınır.
1 №-li pəhrizin məqsədi – mədənin selikli qişası üçün mexaniki, kimyəvi və termiki gözləmə rejimidir.