|
Təlim nəticələrinin qiymətləndirilməsi |
I. Nəzəri biliklərin qiymətləndirilməsi
1. Pəhriz nəyə deyilir?
A) Xəstəliyin növündən asılı olaraq icazə verilmiş və qadağan edilmiş qida və ərzaqların daxil edilərək müəyyən edildiyi kompleks, habelə qida rejimi və ərzaqların aşpazlıq metodu ilə işlənib hazırlanmasını özündə birləşdirən gündəlik qida rasionudur;
B) Qan dövranını yaxşılaşdırmaq və böyrəklərin işini normallaşdırmaq və ürək–damar sistemi və həzmetmə orqanları üçün gözləmə rejimidir;
C) Sekresiyanın stimulyasiyası, mədə və bağırsağın hərəkət funksiyasının normallaşdırılması və bağırsaqda qıcqırma prosesinin aşağı salınmasıdır;
D) Gün ərzində istifadə edilən qida ərzaqlarının tərkib və miqdarıdır.
2. Pəhriz qidalanmasının neçə növü vardır?
A) 3;
B) 2;
C) 1;
D) 4.
3. 4 №-li pəhrizin məqsədi nədir?
A) Bağırsaq qıcıqlandırıcılarının məhdudlaşdırılmasıdır;
B) İnsan orqanizmində karbohidrat mübadiləsini normallaşdırmaqdır;
C) Xəstəxana şəraitində fizioloji qidalanmanın dəyərliliyini saxlamaqdır.
4. 6 №-li pəhrizdə qidalanma rejimi neçə dəfədir?
A) 4-5;
B) 5;
C) 1.
D) 3
5. Pəhrizdə qidalanmada sərbəst maye qəbulu nə qədərdir?
A) 0,8-1 l;
B) 1,1- 2,1 l;
C) 0,9-1,1 l;
D) 1-1,5 l.