İnqrediyent bir qarışıq və ya bir qarışığın bir hissəsini əmələ gətirən bir maddədir. İnqrediyentlərin emal edilməsi zamanı maddələr miqdara görə (ən yüksəkdən aza qədər) sıralanır. Yəni ən çox çəki olan maddənin əvvəlcə, ən az çəki olan maddənin isə son olaraq siyahıya alınması başa düşülür.
Yemək bişirilərkən resept müəyyən bir yeməyi hazırlamaq üçün hansı maddələrdən istifadə olunduğunu göstərir. Bir çox ticarət məhsulu özündə rəqib məhsullardan daha yaxşı etmək üçün iddia edilən gizli maddələr ehtiva edir. Aktiv bir maddə müştərinin gözlədiyi effektiv resepturanın bir hissəsidir. Modulun öyrənilməsi ixtisasla bağlı bir sıra peşəyönümlü və ixtisaslaşma fənlərinin tədrisində qazanılan biliklərlə sıx əlaqədardır.
Hazırki modulda bir çox məsələlərə nəzər yetirilmişdir. İaşə xidməti işçilərinin fəaliyyətini planlaşdırılması üçün zəruri sayılan bilik və bacarıqları özündə əks etdirən modul, 2 təlim nəticəsindən ibarətdir. Hər bir təlim nəticəsi üzrə qiymətləndirmə meyarlarının məzmunu açıqlanmış, verilən məzmunun möhkəmləndirilməsi üçün “Tələbələr üçün fəaliyyətlər” və təhsilalanın məzmunu hansı səviyyədə qavradığını qiymətləndirmək üçün “Qiymətləndirmə” bölməsi verilmişdir.
Birinci təlim nəticəsində təhsilalanlara yemək növünə uyğun ət, toyuq və dəniz məhsullarını emal edilməsi üsulları qeyd edilmişdir. Məqsəd qida sənayesi müəssisələrində emal edilən xammalın növü və üstünlük təşkil edən proseslərin tiplərinə görə təsnifləşdirilmənin əsaslarını tələbələrə öyrətməkdən ibarətdir. Mexaniki, fiziki, kimyəvi və digər parametrlərin iştirakı ilə xammalın emalı prosesinin həyata keçirilməsi texnoloji rejimin reallaşması deməkdir. Ət və ət məhsullarını adi şəraitdə uzun müddət keyfiyyətli saxlamaq olmur. Belə məhsulların müxtəlif üsullarla saxlanılması haqqında məlumat verilir. Burada soyutma ilə əlaqədar məhsulun keyfiyyəti və xassələrində baş verən dəyişikliklərə dair təlimatların tərtib edilməsindən bəhs edilir.
İkinci təlim nəticəsində yemək növünə uyğun tərəvəzlərin emal edilməsi məsələsi vurğulanır. Burada müxtəlif meyvə və tərəvəz xammalının qısa təsviri, kimyəvi və bioloji xüsusiyyətləri, yığımı, emala hazırlanması və emal üsulları məsələsi qeyd edilmişdir. Onu da nəzərə alsaq ki, meyvə və tərəvəzlərin yetişməsi mövsümi xarakter daşıdığından və bu əsasən ilin isti aylarına təsadüf etdiyindən istehlak müddəti bir qədər də qısalmış olur. Nəticədə istehsal olunan məhsul dəyərindən xeyli aşağı qiymətə satılır və ya xarab edilərək atılır. Bunların baş verməməsi, həm də əhalini ilboyu belə məhsullarla təmin etmək üçün onların saxlanması, xüsusilə də uzun müddətli saxlanma təmin edən konservləşdirilməsi böyük əhəmiyyətə malik olan məsələdir. Meyvə-tərəvəz və onların emalından alınan məhsullar ərzaq məhsullarının pərakəndə və satış dövriyyəsinin 24 faizini təşkil etməklə ən böyük xüsusi çəkiyə malikdir. Bunlar hamısı meyvə-tərəvəz və onların emal məhsulları istehsalının daha da artırılmasına, təbliğinə və ixracına imkan verəcəkdir.
Əziz təhsilalanlar! Unutmayın ki, gələcək işinizin yüksək səviyyədə qurulmasının açarı sizə verilən materialların həm nəzəri, həm də praktik mənimsənilməsindən çox asılıdır.
Bu modulun ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.