Soyudulmuş balığın istehsal texnologiyası
Soyuq – balıq xammalının saxlanması üçün universal bir üsuldur və balıqçılıq sənayesində soyudulmuş və ondan dondurulmuş məhsulların istehsalı həm də balıq emalına göndərilən xammalın konservləşdirilməsi üsulu kimi istifadə olunur (Şəkil 1.55). Balıq tez xarab olan məhsullar qrupuna aiddir, buna görə də indiki dövrdə təzə balığın uzun müddət saxlanması çox vacib məsələdir.
Təmizlənmiş və soyudulmuş balığın saxlanma müddətinin 28 günə qədər artırılması üçün buz generatorlarından istifadə etmək tövsiyə olunur (Şəkil 1.56).
Ətin emal edilməsi
İaşə müəssisələrinə iribuynuz heyvanların əti cəmdək, yarımcəmdək və dörddə bir cəmdək, dana əti cəmdək və yarımcəmdək, qoyun əti isə cəmdək şəklində gətirilir. Onu qeyd edək ki, cəmdəyin qabaq dörddə bir hissəsinin tullantıları arxa dörddə birdən əhəmiyyətli dərəcədə çoxdur.