Sistem blokunun iş funksiyası
Kompüterin aparat resursları dedikdə, biz əsasən, sistem blokunu nəzərdə tuturuq.
Sistem bloku fərdi kompüterlərdə istifadə edilən texniki elementlərin əsas birləşmə qovşağı olub daxilində kompüterin işləməsi üçün lazım olan ən əhəmiyyətli vasitələri birləşdirir. Bunlardan əlavə, verilənlərin bloka daxil və ya xaric edilməsi üçün periferiya qurğularından istifadə edilir. Sistem bloku üzərində qida mənbəyi olan korpus, üzərində əməli yaddaş, prosessor və s. olan ana plata, sərt maqnit disk qurğusu (HDD), DVD-RW və s. əlavə qovşaqlardan ibarətdir. Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən istifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir.
Ana plata (ana lövhə) (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini - prosessor, operativ yaddaş, şin kontrolleri, birləşdiricilər və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana plataya şin yuvaları vasitələri ilə qoşulur. Ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) plata kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana plata müxtəlif ölçülərdə olur. Bəzi ana platalarda videokart və səs kartının mikrosxemləri də yerləşir.
Ana plata daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir (Şəkil 1.1).
Ana plata üzərində yerləşən elementlər aşağıdakılardır: