Monitor - kompüterin xarici qurğusudur. Verilənləri vizual şəkildə göstərmək üçündür. "Monitor" sözü "nəzarət etmək", "yoxlamaq", "displey" - "aşkar etmək" və "göstərmək" mənasını daşıyır. Monitor müxtəlif ekran ölçülərinə malikdir. 14", 17", 19 və 21" monitor vardır. Bu rəqəm diaqonal ekran ölçüsünü göstərir. Monitorun ölçüsü düym adlandırılır (Şəkil 1.27).
Proyektor böyük ekranda təsvirin yaradılması üçün nəzərdə tutulmuş optik cihazdır. Proyektorlardan yalnız təlim slaydlarını göstərmək üçün deyil, həm də ev kinoteatrının istifadəsi üçün istifadə olunur (Şəkil 1.28).
Səs gücləndirici - cihazlar ən maraqlı cihazlardandır. Kompüterdə audio və video izlənərkən səs gücləndirici cihazlardan istifadə olunur (Şəkil 1.29).
1.4. Xarici yaddaş qurğularının (HDD, CD, DVD, SSD, flaş, MicroSD və strimmer) işini təsvir edirXarici yaddaş qurğularından istifadə
Sərt disk (HDD) (vinçester) - informasiyanın uzun müddət saxlanılması üçün istifadə olunan xarici yaddaş qurğusudur və sistem blokunun daxilində yerləşir (Şəkil 1.30).