AIDA64 (Şəkil 3.4)
Proqram kompüterin texniki tərəfi barədə tam bir hesabat təqdim edir. Onun köməyi ilə hər hansı bir quraşdırılmış cihazın dəqiq modeli və identifikatorunu tapa bilərsiniz.
Xarici yaddaş qurğularının format prosesi
Bildiyimiz kimi noutbuk və kompüterlər daxili sərt disk və operativ yaddaş qurğularına malikdir. Xarici yaddaş qurğuları isə daxili yaddaş qurğularına texnologiya baxımından bənzər olaraq flaş yaddaşlar və xarici HDD deyilən sərt disklər formasında mövcuddur. Flash yaddaşlar daha geniş yayılan yaddaş qurğularıdır. Flash yaddaşların SD card, Micro SD card və USB Flash drive kimi formaları vardır. SD kartlardan telefonlar, fotoaparatlar, təhlükəsizlik kameraları və sairədə istifadə edilir. Xarici HDD (hard disk drive) isə tutum və fiziki ölçüsünə görə nisbətən böyük olur, əsasən, noutbuklar və kompüterlərdən məlumatların köçürülməsi və saxlanması üçün istifadə edilir. Həmçinin, informasiyanın daşınması üşün daha əlverişlidir. Bəzən virus səbəbindən xarici yaddaş qurğularının işində problemlər yaranır. Bunun üçün həmin yaddaş qurğusunu format etmək lazım gəlir. Format prosesi zamanı qurğunun daxilindəki bütün informasiyalar silinir.